Başına gəlməyən qalmadı...

Bir çox "Reddit" istifadəçisi aldıqları "Vision Pro" ekranında çatlar əmələ gəldiyini bildirib. Maraqlısı odur ki, paylaşılan şəkillərdəki çatlar bütün istifadəçilərdə bənzər hissədə meydana gəlib.

"r/VisionPro" subreddit-ində ən azı beş istifadəçi eyni problemlə qarşılaşdıqlarını bildiriblər. Məsələ ilə bağlı ilk şikayətin 21 gün əvvəl edildiyi qeydə alınıb.

İstifadəçilər bildirib ki, onlar cihazı yerə atmayıblar və ya buna səbəb ola biləcək hər hansı bir iş görməyiblər. Bunun istilik problemi və ya istehsal xətası ola biləcəyi barədə şayiələr yayılsa da, dəqiq səbəb məlum deyil.

Posted 
Feb 26, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All