"

WePlay Ventures” kimdir, nə işlə məşğul olur, gəlin qısaca bu barədə məlumat verək. “WePlay Ventures”un Avropa, Mərkəzi Asiya və Türkiyədə oyun studiyaları var və potensialını artırmaq üçün ilkin mərhələdə bu studiyaların sayını çoxaltmaq istəyir. Bu yaxınlarda şirkət yeni proqram haqqında anons edib. Anonsda deyilir ki, oyun studiyalarının “WePlay Ventures”dən öyrənəcəyi çox şey var. Eləcə də onlar oyun sənayesi ekspertlərində, təcrübəli təsisçilər və investorlarda maraq oyatmaq üçün 3 aylıq Oyun Akselerasiya Proqramına start veriblər. Anladığımız qədəri ilə bu şirkət Avropa, Orta Asiya və Türkiyədə oyun studiyalarına sərmayə qoymaqla məşğuldur. İndi isə keçək əsas məsələyə.

Bu 3 aylıq proqram çərçivəsində studiyalar maliyyə, biznes inkişafı, strategiya, həmçinin oyun dizaynı, oyun tərtibatı və digər texniki sahələr üzrə təlim görəcəklər. Proqramı uğurla bitirən studiyalar isə öz oyunlarını tanıda və sonrakı mərhələlər üçün “WePlay Ventures”dən investisiya ala biləcəklər. 
Proqramın əsas məqsədi rəqabət, həvəsli proqramçılar arasında bilik mübadiləsinə nail olmaq və bunu inkişaf etdirməkdir. Müraciət etmək üçün bu linkə keçid etməyiniz kifayət edir: https://www.weplayventures.com/weplay-hub/

Posted 
Apr 27, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All