Telegram və Signal-ın məşhur funksiyası, nəhayət, WhatsApp-da da aktivləşir.

WhatsApp Android və iOS üçün məhdud sayda beta istifadəçidə username (istifadəçi adı) funksiyasını mərhələli şəkildə aktivləşdirməyə başlayıb. Bu yenilik sayəsində istifadəçilər telefon nömrəsi yerinə username paylaşa biləcək. Vacib məqam odur ki, hesab açmaq üçün telefon nömrəsi yenə də tələb olunur, amma gündəlik ünsiyyətdə nömrəni gizlətmək mümkün olacaq. Bu da istifadəçilər üçün əlavə məxfilik və təhlükəsizlik deməkdir.

Funksiyanın hesabına gəlib-gəlmədiyini WhatsApp Settings > Profile bölməsindən yoxlamaq olar. Əgər yenilənmə aktivdirsə, burada ayrıca username sahəsi görünəcək.

Posted 
Apr 9, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All