D

ünən “Apple” bizə yeni nələr təqdim etdi? Uzun zamandır haqqında danışdığımız tədbirdən xeyli razıyıq. Təqdim olunan bütün yenilikləri isə sizin üçün bir məzmunda topladıq.

WWDC23 highlights - Apple
Apple Vision Pro
Гарнитура Apple Vision Pro получила 12 камер, лидар, датчики глубины и  шесть микрофонов

Gələn ildən satışa buraxılacaq məhsul virtual reallıq və artırılmış reallıqla harmoniya yaradaraq innovativ bir qarışıq reallıq təcrübəsi bağışlayır. Tamamilə yeni R1M2 prosessor ilə təchiz olunan “Vision Pro”nun əməliyyat sistemi isə "visionOS" adlanır. “One more thing” deyərək təqdim edilən “Vision Pro” üçün daha əvvəl oxşar məhsullarda görmədiyimiz “Optic ID” özəlliyi var. “Apple”a görə, “Optic ID” istifadəçinin gözünün qişasını LED işığına məruz qoyaraq təhlil edir və sonra cihazın “Secure Enclave” bölməsində depolanan qeydə alınmış bir “Optic ID” ilə müqayisə olunaraq çalışır. “WWDC”nin tədbiri zamanı “Apple”ın texnoloji inkişaf qrupunun vitse-prezidenti M.Rockwell bildirib ki, sistem hətta eyni əkizlərdə də fərqləri aşkar edə bilir.

Apple Optic ID: what is it and how does it work? | Stuff
15’’ MacBook Air

Gücünü “M2”dən alan yeni 15 düymlük “MacBook Air” Intel prosessorlu köhnə modellərlə müqayisədə 12 dəfə daha yüksək performans vəd edir. 18 saatadək batareya ömrünə sahib yeni notbukun qiyməti 1299 dollardan başlayacaq.

MacBook Air 15 tanıtıldı

Prosessor: 8 nüvəli CPU və 10 nüvəli GPU;
Yaddaş: 2 TB-dək SSD;
Yaddaş: 24 GB-dək vahid yaddaş
1080p veb kamera;
500 nit parlaqlığa malik 15,3 düymlük "Liquid Retina" displey;
Səs sistemi 6 dinamiklə işləyir;
"MagSafe", 2-li Thunderbolt və qulaqlıq yuvası;
Ventilyatorsuz və səssiz əməliyyat təqdim edən dizayn;
1,5 kq çəki + 11 mm gövdə ilə incə dizayn.

Mac Studio

Tamamilə yeni PC təcrübəsi bağışlayan “Mac Studio” M2 Max və M2 Ultra adlanan 2 prossesor seçimi ilə gəlir. 6-dək “Pro Display XDR”a görüntü verə bilən “Mac Studio”nun qiyməti 1999 dollar və 3999 dollar təşkil edəcək.

Apple refreshes the Mac Studio with the M2 Max and M2 Ultra | TechCrunch

Prosessor: M2 Max ("Intel" prosessorlu modeldən 4 dəfə sürətli)
M2 Ultra ("Intel" prosessorlu modeldən 6 dəfə sürətli)
Yaddaş: 8 TB-dək
Qoşulma seçimləri: 10 Gb Ethernet bağlantısı, 1x HDMI, SDXC, 4x Thunderbolt 4 2x, USB-A
Digər: H.264, HEVC, ProRes kodlaşdırma və deşifr dəstəyi

Mac Pro

2019-cu ildə çıxan son “Intel” bazalı “Mac Pro” modeli ilə müqayisədə 3 dəfə daha sürətli M2 prosessor ilə təchiz olunan Mac Pro - 7 Afterburner kartına, 8 thunderbolt girişinə, 192 GB yaddaşa və 3 ədəd USB-A, 2 ədəd HDMI portuna sahibdir. Qiymət 6999 dollar.

Mac Pro
iOS 17

“Hey, Siri” əvəzinə, “Siri” çağırmağınıza kifayət edən yeni versiya “Telephone” tətbiqində profilin fərdiləşdirilməsi və “Namedrop” adlı yeni özəlliklə bu profilləri “AirDrop” kimi paylaşmağı vəd edir. “Check-in” ilə evə sağ-salamat çatdığınızı yaxınlarınıza xəbər etmək, hərəkətli sticker yaratmaq, gündəlik tutursunuzsa, Journal App, canlı mesaj dinləmək/oxumaq kimi yeniliklər də yeni versiyada yer alır.

iOS 17: Journal app, Standby mode, communication upgrades, and everything  you need to know
iPadOS 17

“iPad”ə gələn bu yenilik sayəsində “Health App”lə tanış ola, “PDF” açma və redaktə etmə dəstəyinə, eləcə də Qeydlər ekranını başqa bir iPad ilə paylaşma özəlliyinə sahib ola biləcəksiniz. Əlavə olaraq, “lock screen”dən tətbiqləri izləyə biləcəksiniz. Developer-lər isə onlara özəl yeni widget-lər işləyib-hazırlaya biləcəklər.

This concept visualizes what iPadOS 17 could look like - 9to5Mac
WatchOS 10

"WatchOS 10" sayəsində hiking zamanı kompas avtomatik olaraq SOS marşurutları yaradacaq və ya istifadəçini avtomatik olaraq peykə yaxın nöqtələrə yönləndirəcək. Eyni zamanda tennis və qolf oynayan zaman saat istifadə edən oyunçular özlərinin aktiv şəkildə topa zərbə vurma performanslarını izləyə biləcəklər.

Какой будет watchOS 10, рассказали о новых фишках для Apple Watch Ultra
macOS Sonoma

“Sonoma” Mac ekosistemindəki oyun təcrübəsini bir pillə də artıracaq. “Game mode” adlı yeni rejim sayəsində prosessorun oyunlara üstünlük verməsinə şərait yaradaraq yüksək performans əldə etmiş olacaqsınız. Videokonfransa bəzi təkmilləşdirmələr gəlir. Yeniliklər arasında üzünüz kamerada qalarkən ekranınızı arxanızda göstərməyə imkan verən "Presenter Overlay" funksiyası və bütün videokonfrans proqramlarında istifadə oluna bilən AR effektləri var. Bunlar Facetime, Zoom, Teams və s. daxil olmaqla standart konfrans proqramları ilə adaptiv işləyəcək.

Apple WWDC 2023: macOS Sonoma brings widgets to the desktop | Engadget

Posted 
Jun 6, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All