XIII Qlobal Bakı Forumu çərçivəsində Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel müzakirəsi keçirilib.

Paneldə süni intellektin inkişafı, onun etik idarə olunması, cəmiyyət üçün təhlükə və risklər müzakirə olundu. İştirakçılar qeyd edib ki, süni intellektdən təhlükəsiz və səmərəli istifadə üçün şəffaf mexanizmlər, fərdi məlumatların qorunması və texnologiyaya bərabər çıxış təmin edilməlidir.

Eyni zamanda vurğulanıb ki, süni intellekt insan qərarlarını əvəz etməməli, yalnız onları dəstəkləməlidir və milli rəqəmsal suverenlik, qlobal texnoloji asılılıqlara qarşı diqqət vacibdir.

Panel iştirakçıları həmçinin texnologiyaların iqtisadiyyata və gündəlik həyata təsirini, data mərkəzlərinə gələcək illərdə planlanan iri investisiyaları və qlobal təhlükəsizlik sistemində dəyişiklikləri də önəmli məqam kimi qeyd ediblər.

Posted 
Mar 16, 2026
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All