K

anada məktəb ərazisində yalnız sürət həddinə əməl edən sürücülər üçün yaşıl yandıran işıqforu sınaqdan keçirir. Brossard ölkədə bu yeniliyi sınaqdan keçirən ilk yerdir.

İşıqfor yaxınlaşan avtomobil aşkarlanana qədər qırmızı qalır.

Əgər avtomobil sürət həddinə əməl edərsə, birbaşa yaşıla keçir. Mühəndislər yeni sistemi sürət həddinin tez-tez pozulduğu bir məktəbin yaxınlığında sınaqdan keçirmək qərarına gəliblər. Qeyd etmək yerinə düşər ki, bu cür tədbirlər Kanadada ilk dəfədir ki, həyata keçirilir, lakin oxşar həllər illərdir ki, Avropada var. Bu, sürət həddini aşan sürücüləri diqqətli olmağa məcbur etmək üçün düşünülmüş sistemdir. Kifayət qədər maraqlı görünür.

Posted 
May 15, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All