Y

emək fotoqraflığı xüsusi yaradıcılıq qabiliyyəti tələb edən bi sənətdir. Çünki bəzi yeməklər fotogenik olmur.

Əvvəlcə onu qeyd edək ki, belə bir həqiqət var ki, məsələn çəkiliş üçün hazırlanan hamburger ilə sifariş etdikdən sonra 5 dəqiqəyə önümüzə gətirilən hamburgerə sərf edilən zaman eyni deyildir.

Turşunun duruşundan tutmuş, çörəyin üzərindəki küncüt dənəsinə qədər hər bir detal üçün saatlar sərf edilən reklam çəkilişlərində əldə edilən nəticənin çox daha gözəl və ləzzətli görünməsindən təbii nə ola bilərki?!

Yemək fotoqraflığında yəməyin təzə və ləzzətli görünməsini təmin etmək üçün çox zaman hiylələrə əl atırlar. Çünki çəkiliş zamanı doğru işıq əldə etmək və ya müxtəlif bucaqlardan çəkiliş etmək üçün sərf edilən zaman yeməklərin soyumasına, şəklinin, rənginin dəyişməsinə və beləliklə də ləzzətli olmayan görüntünün yaranmasına səbəb olur. Bu səbəblə də yeməyin daha iştahaçıcı olması üçün bəzi hiylələrə əl atırlar.
Məsələn dondurma çəkilişlərində əsasən kartof puresi istifadə edilir. Çünki dondurma çox incə bir məhsul olduğu üçün tez əriyir. Bu çəkilişlər kartof puresinə qida boyası əlavə edilərək həyata keçirilir.

Yemək Çəkilişi Zamanı İstifadə Edilən Hiylələr - dondurma

Süd çəkilişlərində işıqlardan dolayı istənilən rəng və doyğunluğu əldə etmək mümkün olmadığından yapışqandan istifadə edilir. Bu xüsusi ilə yulafla olan çəkilişlərdə yulafın yumuşalmadan üstdə qala bilməsini təmin edir.

Yemək Çəkilişi Zamanı İstifadə Edilən Hiylələr - süd

2012-ci ildə “McDonalds” Kanada tərəfindən çəkilən videoda göstərildiyi kimi reklamdakı məhsulla, restorandan alınan məhsul arasında niyə bu qədər fərq var izləyə bilərsiniz.

Əvəzinə yapışqan istifadə edilən başqa bir məhsul isə pizza reklamlarında olan uzandıqca uzanan pendirlərdir. Yapışqan daha elastik olduğundan çəkiliş zamanı daha çox işə yarayır.
Yemək fotoqraflığında istifadə edilən başqa hiylələri aşağıdakı videodan izləyə bilərsiniz.

Posted 
Aug 15, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All