T

ürkiyənin öndə gedən onlayn yemək sifarişi platforması olan “Yemeksepeti” və market məhsulları sifarişi xidməti “Banabi”, loqosunu, həmçinin dizaynını yenilədi.

Markanın yeni loqosu və dizaynı əvvəlkinə nəzərən daha minimalist görünür. Yeni loqoda daha yumşaq xəttlərə sahib bir font və çəhrayı arxa fon seçilib. Ən radikal dəyişiklik isə məşhur kuryer simvolunun silinməsidir. “Yemeksepeti”nin tamamlayıcı simvolu olan kuryer loqodan silinsə də, brauzerlərdə hələ ikon olaraq istifadə edilir. Saytın görünüşündə isə ciddi dəyişikliklər yoxdur. Sadəcə bəzi kiçik rəng və font dəyişiklikləri mövcuddur.

“Yemeksepeti”nə aid olan “Banabi”nin dizaynında da dəyişikliklər edilib. Barmaq işarəsinin silindiyi, onun yerinə çərçivədən istifadə edildiyi görünür. Həmçinin daha öncə “Yemeksepeti” və “Banabi” marka rəngləri fərqli olsa da, artıq eyni rənglərə sahibdirlər.

Posted 
Oct 2, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All