H

ələ bundan 8 ay əvvəl xakerlərin hədəfinə tuş gələn bu şirkət KVKK (Şəxsi Məlumatların Qorunması Qürümu) tərəfindən 2 milyon türk lirəsi, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindənsə 1 milyon türk lirəsi miqdarından cəza tətbiq olunmuşdu.

İndisə, xaker qrupunun iddiasına görə şirkət yeni kiber hücuma məğruz qalıb və şirkətin 20 milyondan çox müştərisinin şəxsi məlumatları oğurlandıb! Bu məlumatların içində ad, soyad, ünvan, əlaqə nömrəsi, bank kartlarının ilk və sön 4 rəqəmi kimi həssas məlumatlar var.

Şirkət isə bu iddiaları ləğv edir, məlumat təhlükəsizliyi ekspertlərinin apardığı yoxlanış nəticəsində heç bir məlumat sızıntısı olmadığını fikrini irəli sürür.

"DW Türkçe" bunu araşdırmaq üçün xakerlərlə yazılı şəkildə əlaqəyə girib və bu barədə daha da dərindən araşdırma edib. Xakerlərlə olan yazışmada, özlərinin Russiya mərkəzli bir xaker qrupu olduqlarını, bu əməliyyatda nə türk nə də çin xaker qrupları ilə əməkdaşlıq etdiklərini təqzib ediblər.

Xakerlər şirkətdən nə istəyir?

Şəkil: Softpedia News


Bu məlumatların məhv edilməsi üçün şirkətdən 5 Bitcoin (hardasa 300 000 dollar) dəyərində fidyə tələb edən xakerlər hələ də şirkətdən müsbət geridönüş ala bilməyib. Bu halda məlumatları bu qiymətə digər şəxslərə satacaqlarını, alıcı tapılmasa hərraca qoyub satacaqlarını deyir.

Posted 
Nov 21, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All