E

lon-un Twitter-ə rəqib olacağı gözlənilən "Project 92" ilə bağlı bir paylaşıma rəy bildirməsi ilə başlayan məsələ çox qısa müddətdə interneti təsir altına aldı. Daha sonra Musk-ın twitter-də qəfəs döyüşü dəvətini Mark-ın qəbul etməsi ortalığı bir-birinə qatdı.

Baş verib-verməyəcəyi qeyri-müəyyən olan qəfəs döyüşünü gözləyərkən əylənə biləcəyiniz bir oyun ortaya çıxdı.

Bu oyunda bizə Zuckerberg və ya Musk personajlarından biri verilir. Sadə brauzer əsaslı oyun müxtəlif döyüş sisteminə malikdir. Sadəcə yumruqlar atmaq yerinə, sağ-sol ox düyməsini iki dəfə basmaqla özünüzü lentlərdən ata və "boşluğa" basdığınız zaman fərqli hərəkətlər edə bilərsiniz. Rəqibi yerə yıxmaq, baş zərbəsi endirmə kimi müxtəlif mexanikalar da oyunda yer alır. Bütün bunları edərkən əsas məqsədiniz rəqibinizin xalını sıfıra endirməkdir.

Əslində buradakı oyun yeni deyil. Elon və Zuck personajları "Wrestlebros" adlı oyuna personaj kimi əlavə edilib.





Posted 
Jun 29, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All