Həyəcanlı Cannes Lions festivalının qalibləri açıqlanmaqdadır. Lakin bizim də ən həyəcanla gözlədiyimiz mükafatlardan biri məhz “Young Lions” idi. Qeyd edək ki, bu il “Print” və “Film” kateqoriyaları üzrə Azərbaycan qalibləri Fransaya yola düşüblər.
Gəlin 2022-ci ilin qlobal Young Lions üzrə Print kateqoriyasının qazananlarına baxaq.
Qızıl mükafat (1-ci yer): Almaniya
Will Cega - Senior Art direktor, “Ogilvy GmbH” şirkəti
Rafael Quintal - Senior Copywriter, “Ogilvy GmbH” şirkəti

Gümüş mükafat (2-ci yer): Türkiyə
Hande Matban - Copywriter, “Medina Turgul DDB” agentliyi
Gizem Kuşçu - Art direktor, “Medina Turgul DDB” agentliyi

Bürünc mükafatı (3-cü yer): Peru
Jhonatan Gibson - Kreativ direktor, “TBWA Peru” şirkəti
Ivan Mallqui - Kreativ direktor, “Potro Lima” şirkəti




