u il Azərbaycanda ilk dəfə həyata keçirilən ''Young Lions Azerbaijan 2021’’ print və film kateqoriyaları üzrə qaliblər beşinci gün açıqlandı.
Print kateqoriyasında 44, film kateqoriyasında isə 26 komanda bir-biri ilə yarışdı. Qalib gənc aslanlar, Azərbaycanı qlobal yarışda təmsil etmə haqqını əldə etdi. Biz də bütün qazananları təbrik edirik.
Bu cür prestijli və böyük bir tədbirin Azərbaycanda həyata keçirilməsi yaradıcı sektorlar üçün böyük bir inkişafdır. Ümid edirik ki, ölkəmizdəki reklam sektoruna qoyulan sərmaye və qlobal səviyyədəki tədbirlər davamlı olar.
Bu tədbirin həyata keçirilməsində böyük rol oynayan “Endorphin Baku”nun Creative Direktoru və “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalının Azərbaycandakı təmsilçisi Orxan Kərimovu təbrik edirik. Xüsusi ilə tədbirin rəsmi sponsoru olan “VISA”-a da təşəkkürümüzü bildiririk.
Print kategorisi;,
QIZIL: Parishan Bandarlı (GREENLIGHT GROUP) & Khayal Mahmudlu (FCB ARTGROUP)
GÜMÜŞ: Ulvi Qulusoy&Magrur Muradlı (BAKU DESIGN ACADEMY)
BÜRÜNC: Nuriman Abasaliyev (BAKU DESIGN ACADEMY) & Agshin Rajabov (ITS GIRAFFE)
Film kateqoriyası;
QIZIL: Agarajab Jafarov (BHB STRATEGIC&CREATIVE CO.) & Talat Aliyev (SMG)
GÜMÜŞ: Aykhan Khalilov (HAMMER AGENCY) & Maral Mustafayeva (FREELANCE)
BÜRÜNC: Leyla Katibli & Elvin Muradkhanlı (FREELANCE)
Print Competition Top 10
Film Competition Top 5
Yarış ilə əlaqədar Orxan Kərimovdan aldığımız reportajı oxuya bilərsiniz.
“Young Lions Azerbaijan 2021”-də, gənc yaradıcılardan gözlədiyiniz nəticəni əldə etdinizmi?
Düşünürəm ki, artıq neçə ildir ki, bu tədbir gözlənilirdi. Keçən il biz geniş miqyasda bu tədbiri edəcəkdik, son anda pandemiya planlarımızı pozdu. Bu il də müsabiqəni bir anda elan etdik və çox qısa vaxt ərzində 70 komanda qeydiyyatdan keçdi. Düşünürəm ki, hər keçən il maraq daha çox artacaq.
Ölkədə daha öncə belə bir yarış həyata keçirilməmişdir. Beləliklə iştirakçılar da ilk dəfə belə bir təcrübə yaşadılar. Görülən işləri necə dəyərləndirirsiniz?
Təbii ki, reklam və marketinq sahəsi Azərbaycanda hələ yolun çox başındadır. Amma buna baxmayaraq bizi təəcübləndirən işlər də gördük. Yaradıcılıq nisbi anlayışdır ancaq təcrübə hər zaman öz sözünü deyir. Bizim gənclər hələ də Qərbə tam olaraq inteqrasiya ola bilməyiblər. Düşünürəm Young Lions kimi tədbirlər bir neçə il davamlı keçirilərsə sektora ciddi töhvə verəcək.
Ümumi olaraq yarış müddətini necə dəyərləndirirsiniz? Gözlənilməz məqamlar yaşandımı?
Müsabiqə bu il bizdə ödənişsiz keçirildi, ilk il olduğu üçün. Bəzi komandalar isə brief aldıqdan sonra ümumiyyətlə yarışdan çəkildi. Buna görə mədəniyyət formalaşması üçün, yarışmanın ödənişli olması mütləqdir. Yarışın bayramdan öncəki iş günlərinə təsadüf etməsi də müəyyən çətinliklər yaratdı. Gənclərin əksəriyyəti ingilis dilini bilmir, bəziləri də bildiyini düşünür, bu da bir problemdir. Bundan əlavə agentik rəhbərləri də gənclərin yarışmaya qoşulması üçün dəstək göstərməlidirlər. Hələ də Azərbaycanda bir çox agentik rəhbərində agentlik mədəniyyəti formalaşmayıb. Reklam agentliklərini dükan kimi işlədirlər. Bu da qatılıma öz təsirini göstərdi.
Münsiflər heyəti üçün çox uğurlu seçimlər edilmişdi. Digər ölkələrlə müqayisə edildikdə işlər necə idi?
Açığı böyük reklam mədəniyyəti formalaşmış ölkələrlə müqayisə etmək çox doğru olmaz amma ümumilikdə bəyəndikləri iş çox oldu. Nəzərə almaq lazımdır ki, hər bir münsif fərqli ölkəni və fərqli mədəniyyəti təmsil edir. Onların hər birinin öz sevimli işləri olur seçim mərhələsində amma önəmli olan bütün münsiflərdən ortalama ən yaxşı balları almaqdır. Qalibi oralama ballar təyin edir.
Qalib olan komandaları təbrik edirik. Azərbaycanı təmsil edəcəkləri üçün yəqinki, həyəcanlıdırlar. Qlobal yarış üçün onları motivasiya etmək ya da yönləndirmək üçün bir planınız var mı?
Bəli bir təmsilçi olaraq bu bizim vəzifəmizdir. Artıq bu il hər biri üçün 599 euro dəyərində olan əsas müsabiqədə iştirak üçün biletləri alındı. Əsas yarışı gözləyirik. Müsabiqəyə qədər olan yolda müəyyən hazırlıq görüşlərimiz olacaq. 24 May Print, 11 İyun Film yarışması üçün briefləri alacağıq.