Y

oung Lions nədir?

Reklam, dizayn və rəqəmsal media sahəsində çalışanlar “Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalını çox yaxşı bilir. Dünyanın ən prestijli yaradıcılıq mükafatlarından biri olan “Cannes Lions”un tərkibində biz növbəti prestijli yaradıcılıq mükafatı ilə qarşılaşırıq: “Young Lions”. 

“Young Lions” 31 yaşdan kiçik olan, reklam, dizayn və rəqəmsal media sahəsində çalışan insanlara yaradıcılıq, operativlik, kreativlik bacarıqlarını göstərməyə imkan yaradan mükafatdır. 

Yarışmaya qoşulmaq istəyən namizədlərə müxtəlif briflər verilir və bu brif əsasında ya 24, ya da 48 saat ərzində (nominasiyanın verildiyi kateqoriya üzrə dəyişir) kontent yaradılması tələb olunur. Yarışa qoşulmaq istəyən şəxslər duo şəklində, yəni 2 nəfər olmaqla 1 komanda kimi namizədlik irəli sürə bilərlər.

Briflər BMT, “WWF”, BMT-nin Qadınlar Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, “Global Citizen”, “Amnesty International”, “Save The Children”, “Greenpeace” kimi müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən təklif olunur. Briflər, əsasən, sosial, qlobal problemləri işıqlandırmağa fokuslanır.

Qlobal “Young Lions”da iştirakçılar 8 kateqoriyada yarışırlar:

  • AKQA Future Lions: “AKQA” agentli ilə əməkdaşlıq çərçivəsində irəli sürülən, qlobal səviyyədə tələbələrin yarışmasına imkan yaradan yaradıcılıq müsabiqəsidir.
  • Dizayn kateqoriyası: İştirakçılar 24 saat ərzində loqo və şirkət brendinqi yaratmalıdırlar.
  • Rəqəmsal kateqoriya: İştirakçılar 24 saat ərzində dijital məcralarda kampaniya qurmalıdırlar.
  • Film kateqoriyası: İştirakçılar festivalın təmin etdiyi kamera ilə 48 saat ərzində 60 saniyəlik qısa film çəkməli və montaj etməlidirlər.
  • Marketoloqlar üçün kateqoriya: İştirakçılar 24 saat ərzində verilən brifə uyğun məhsul, yaxud xidmət yaratmalıdırlar.
  • Media kateqoriyası: İştirakçılar 24 saat ərzində onlara təqdim edilən marketinq problemini həll etməlidirlər.
  • PR kateqoriyası: İştirakçılar 24 saat ərzində innovativ PR strategiyası yaratmalıdırlar.
  • Çap (Print) kateqoriyası: İştirakçılar 24 saat ərzində print kampaniyası təqdim etməlidirlər.

“Young Lions Azerbaijan” nədir?

Digər xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklər kimi, “Young Lions Azerbaijan” da Azərbaycanda reklam sahəsində işləyən bacarıqlı gənclərin potensialını ortaya çıxarmaq üçün hər il müsabiqə təşkil edirlər.

Azərbaycanda “Young Lions” müsabiqəsi artıq 3-cü ildir təşkil edilir. Burada da iştirakçıların qəbul edilmə prosesi qlobal müsabiqədəki kriteriyalar ilə eynidir: 31 yaşdan kiçik hər kəs yarışmaya qatıla bilər. 

Müsabiqə Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilsə də, iştirakçılara briflər ingilis dilində təqdim edilir və tapşırıqların da ingilis dilində yerinə yetirilməsi tələb edilir. Müsabiqənin qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda iştirak etmək hüququ əldə edəcək və digər ölkələrin qalibləri ilə yarışacaqlar.

Young Lions Azerbaijan 2022

“Young Lions Azerbaijan” nə ilə fərqlənir?

Azərbaycanda bu böyük müsabiqə Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalının dəstəyi ilə keçirilir. 

İştirakçılar 2 kateqoriya üzrə yarışırlar: 

Print kateqoriyası: İştirakçılar 24 saat ərzində müştərinin brifinə ən uyğun və unikal çap reklamı təqdim etməlidirlər. 

Bütün işlər yazılı izahatla təqdim olunmalıdır (ingilis dilində və 300 söz).

Film kateqoriyası: İştirakçılar 72 saat ərzində müştərinin brifinə uyğun 60 saniyəlik video çarx hazırlamalıdırlar.

Bütün işlər yazılı izahatla təqdim olunmalıdır (ingilis dilində və 300 söz).

“Young Lions Azerbaijan” 2021 qalibləri kimlər idi?

Film kateqoriyası

I yer: Ağarəcəb Cəfərov, Tələt Əliyev

II yer: Ayxan Xəlilov, Maral Mustafayeva 

III yer: Leyla Katibli, Elvin Muradxanlı

Print kateqoriyası

I yer: Pərişan Bəndərli, Xəyal Mahmudlu

II yer: Ülvi Qulusoy, Məğrur Muradlı

III yer: Nuriman Abasaliyev, Aqşin Rəcəbov

“Young Lions Azerbaijan” 2022 nə zaman olacaq?

Müsabiqəyə müraciət qəbulu 13 aprel dayandırılıb.

Mükafatlandırma mərasimi 7 may 2022-ci il tarixində Nizami Kinoteatrında baş tutacaq.

Bu kateqoriyalarda qalib gələn komandalar 16 may-7 iyun 2022-ci il tarixlərində onlayn qaydada keçiriləcək “Young Lions Competition” finalında mübarizə aparmaq imkanı əldə edəcək və Fransada baş tutacaq festivalda iştirak hüququ qazanacaqlar.

Posted 
May 6, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All