OpenAI CEO-su Sam Altman bildirib ki, Gen Z istifadəçilərinin 52%-i qərar verərkən süni intellektə güvənir, hər üç nəfərdən biri isə şəxsi mövzularda ChatGPT-dən məsləhət alır. Təxminən yarısı bunu həftəlik vərdişə çevirib.

Altman deyir ki, yaşlı nəsil ChatGPT-ni əsasən “sürətli Google” kimi istifadə edir, 20–30 yaş arası insanlar onu həyat məsləhətçisi kimi görür, tələbələr isə gündəlik qərarlarını planlayan bir sistem kimi yanaşırlar.
Bu dəyişiklik düşünmənin başlanğıc nöqtəsini dəyişir: insanlar artıq fikirləri əvvəlcə öz içində deyil, konteksti xatırlayan və istiqamət verən süni intellektlə formalaşdırmağa başlayır.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



