Z nəsli sosial medianı real münasibətlər, səmimi müzakirələr və ya təhsil üçün istifadə etdikləri platforma halına gətirir və buna görə yeni interaktiv modellər yaranır. 

Bu il Z nəslinin onlayn bağlantılarına və reaksiyalarına uyğunlaşdırılmış tətbiqetmələr trenddədir. 

Bu da öz növbəsində sözügedən unikal nəslin orijinallıq, müstəqillik və sağlamlıq ehtiyaclarını ödəmək üçün kuratorluq edən yeni platformalara yol açdı. 

Trilogy.News sizə bu yazıda “Deloitte Insight”ın 2022-ci il Qlobal Marketinq Trendləri hesabatından Z nəsli üçün ideal olan 3 mobil tətbiqdən danışacaq.

"BeReal" gənclərin orijinallıq və özünəməxsusluğuna görə axın etdiyi “anti-Instagram” platformadır.

Bu platformada saatlarla sağa-sola sürüşdürmək üçün şəkil filter və effektləri təklif etmir. Bunun əvəzinə istifadəçilər 24 saatda bir dəfə istənilən bir zaman şəkil paylaşmaqla bağlı xatırlatma alırlar.

Tətbiqin təsisçiləri heç bir kənar təsir olmadan insanların gündəlik həyatlarını paylaşa biləcək onlayn məkan yaratmağa çalışır.

"Bud" Z nəslini hədəfləyən yeni metavers tətbiqidir.

2 köhnə “Snapchat” mühəndisi tərəfindən hazırlanan bu platforma istifadəçilərə avatarlarını yaratmağa və öz yaş qrupunda olan insanlarla əlaqəyə keçməyə imkan verir.

"Snack" özünü “TikTok və Tinderin birləşməsi” adlandırır.

İstifadəçilər platformada yayımlanan sürətli, kiçik ölçülü video kliplərə baxdıqdan sonra potensial metçlərlə əlaqə qurmağı seçə bilir.

Posted 
Jun 10, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All