“Apple” məşhur "Silhouettes" kampaniyasının yeni versiyasını təqdim edib. "Popun qızıl övladı" adlandırılan Harry Styles ilə əməkdaşlıq çərçivəsində baş tutan kampaniya “Spatial Audio”a (3D səs gücü) sahib olan AirPodslardan bəhs edir.
Qlobal içki brendi “Heineken” və onun agentlik partnyoru “Publicis Worldwide” iş və sosial həyat arasında balansı saxlaya bilməyən müdir və işçilərin problemini aktuallaşdırır.
Son aylar həyatımıza daxil olan Metavers (Metaverse) termini haqqında fərziyyələr çox olsa da, dəqiq məlumat azdır. Ağlınızda suallar yaranmış ola bilər ki, bu, yeni bir VR-dır, yoxsa real həyatımıza da sirayət edəcək? Metavers təqdim olunduğu qədər reallıqla iç-içədirsə, bütün dünyada bu strukturu qurmaq necə olacaq?
2020-ci ildən bəri pandemiyanın dəstəyi ilə mobil oyunların necə məşhurlaşdığını hamımız bilirik. Hibrid iş rejiminə keçən, evdə keçirdiyi vaxtları çoxaldan, yaxud işdən ayrılan şəxslərin hobbiləri arasına daxil olan oyunçuluq bir çoxunun hələ də vərdişindən biri olaraq qalmaqdadır.