Apple 2003-cü ildə özündən çox bəhs etdirən "Silhouettes" kampaniyasının yeni versiyasını təqdim edib. "Popun qızıl övladı" adlandırılan Harry Styles ilə əməkdaşlıq çərçivəsində baş tutan kampaniya “Spatial Audio”a (3D səs gücü) sahib olan AirPodslardan bəhs edir.

TBWA\Chiat\Day reklam agentliyi tərəfindən 2003-cü ildə yaradılan orijinal reklam çarxı:

2003-cü ildə bu çarx “Apple”ın “iPods”lardan şunurların çıxarılacağı və bir çox sevilən məhsulun yenidən istehsal olunmayacağı ilə bağlı xəbərlərdən dərhal sonra paylaşılmışdı.

Əvvəlki qara siluetlərə nəzərən yeni kampaniyada rənglər diqqətimizi cəlbedəndir.

Bu dəfə rəqqaslar iPod əvəzinə, Apple AirPodlardan istifadə edirlər. Məhsulun ətrafdan gələn səsi blokladığını və teatra bənzər effektlə dinləyici keyfiyyətini artırdığını bildirmək üçün obrazlara kölgələr əlavə olunub. 

Reklam çarxında Stylesin üçüncü studiya albomu “Harry’s House”dan “Music for a Sushi Restaurant” soundtreki səslənir.

Posted 
Jun 4, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All