iOS 17.1.2 yeniləməsi yükləmək üçün əlçatandır

Apple Releases iOS 17.1.2 With Security Fixes - MacRumors

iOS 17.1.1-dən sonra gözlənilən iOS 17.1.2 yeniləməsi buraxıldı. Əvvəllər buraxılmış iOS 17.1.1 üçün "Apple" tərəfindən paylaşılan rəsmi buraxılış qeydləri belə idi: “Bu yeniləmə "iPhone"unuz üçün xətaları aradan qaldırır". 350 MB-lıq iOS 17.1.2 yeniləməsi (iPad üçün də buraxılıb) heç bir yeni xüsusiyyət gətirmir. Sadəcə olaraq, bəzi məlum səhvləri həll edir və iki fərqli təhlükəsizlik səhvini aradan qaldırır.

"YouTube" reklamlardan keçid etmək üçün istifadə olunan "skip ad" düyməsini kiçildib

Is it time to start creating ads with the 'skip' button in mind?

Bu yeni dizayn ilə bağlı açıqlama verən şirkət bildirib: “Biz bütün platformalarda "reklamları keç" düyməsinin dizaynının yenilənməsini sınaqdan keçiririk. Məqsədimiz keçən il elan etdiyimiz "YouTube"da yenilənmiş görünüş və hisslərə uyğun olaraq daha ardıcıl istifadəçi təcrübəsini təmin etməkdir". Şirkət şəkildə də göründüyü kimi "Reklamları Keç" düyməsini dəyişərək sadəcə olaraq "Keç" edib. Maraqlıdır ki, Google yeni düymədə “reklam” sözünü işlətmir və tezliklə bu yeni düyməni bütün tətbiqlərdə tam şəkildə əlçatan edəcək.

10 yaşlı uşaq eynək taxan, dişli emojinin dəyişməsini istəyir!

10 yaşlı Teddi eynək taxan emojini “aqressiv və təhqiramiz” adlandıraraq dəyişdirilməsi üçün petisiyaya başlayıb. Uşaq hətta alternativ emoji hazırlayıb. Teddi hazırda istifadə olunan emojinin yerinə öz emojisinin istifadə olunmasını istəyir. Teddinin müəllimi Liza onun bu davranışını dəstəkləyərək bildirib: "Mən onun sorğulayan düşüncə tərzini sevirəm və o, doğru olduğuna inandığı şey üçün mübarizə aparır."

"Microsoft" "Game Pass"ı "PlayStation"a gətirmək istəyir

Xbox game pass

"Microsoft" bir neçə ildir "Xbox" ilə bağlı strategiyasını dəyişməyə çalışır. Bu mövzuda "Xbox" rəhbəri Phil Spencer 2019-cu ildən bəri "Xbox Game Pass"ı "Nintendo Switch" və "PlayStation" kimi ekosistemlərə gətirmək istədiklərini bildirir. Lakin hələlik bu məsələ ilə bağlı konkret addımlar atılmayıb. Bu gün mövzu ilə bağlı yeni açıqlama verilib. "Xbox"ın maliyyə işlərindən məsul şəxsi Tim Stuart "Game Pass" və "Microsoft"un bütün birinci tərəf proqramlarını "oyun oynaya bilən hər bir ekrana" gətirmək istədiklərini deyib. Tim Stuart bunun strategiya dəyişikliyi olduğunu vurğulayıb.

Tesla Cybertruck üçün ilk tədarüklər nəhayət edildi

Elon Musk şirkətin son rüblük iclaslarında Tesla Cybertruck haqqında danışdı və avtomobilin geniş miqyaslı kütləvi istehsalının 2024-cü ildən əvvəl baş verməyəcəyini söylədi. Cybertruck son aylarda Texasdakı Gigafactory fabrikində kiçik miqyaslı istehsala buraxıldı. Bu yaxınlarda Cybertruck ilə bağlı tədbir keçirilib və bu tədbir çərçivəsində kiçik miqyasda da olsa çoxdan gözlənilən təhvil prosesinin başladığı elan edilib.

Posted 
Dec 1, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All