K
ibertəhlükəsizlik tədqiqatçısı Jeremiah Fowler may ayında parolsuz şəkildə yayımlanan 184 milyondan çox istifadəçi məlumatı olan bir verilənlər bazasını aşkarlayıb. Bunlar arasında “Apple”, “Google”, “Meta”, “Netflix”, “PayPal” və digər platformalara aid hesablar, o cümlədən açıq mətndə yazılmış (şifrəsiz) parollar yer alırdı.

Təhlükəli olan isə 29 ölkəyə məxsus 220 rəsmi dövlət e-poçt ünvanının da bu sızıntıda olmasıdır. Bunlar "senha" (parol) kimi Portuqal dilində açar sözlərlə qeyd olunub, bu da məlumatların Portuqal dilli ölkədən sızdırıldığını düşündürür. Verilənlər bazası artıq bağlansa da, bu informasiyaların üçüncü şəxslərin əlinə keçib-keçmədiyi bilinmir.