P

Pandemiya səbəbi ilə hələ də bir çox insan evdən işləməyə davam edir. R/GA New Yorkda çalışan Thibault Gerard və Katie Facada, 650 nəfərdən ibarət ofisdəki iş yoldaşlarının evinə , agentliyi xatırladan ətirləri çatdırmaq üçün bu işə başladılar. Eau D’Office adını verdikləri bu şamlarla pandemiya öncəsində bərabər işlədikləri zamanları xatırladan qoxularla az da olsa ofis həsrətlərinə son qoymağı planlayırlar.

Bu şamlar seriyasına, cümə axşamı axşam saatlarında gözlənilmədən baş tutan ‘‘happy hour’’ı xatırladan viski ilə Cheetos qoxusu və ya kiçik bir otaqda çox insanla keçirilən iclas sonrası otaqda hiss edilən parfum ətri kimi ofisdə birgə keçirdikləri zamanları xatırladan bir çox qoxular daxildir.

Eau D’Office şamlar seriyasına 6 növ ətir daxildir. Agentlik işçiləri şamların Instagram hesabından (@rga_scentedcandles) ətirlərin çeşidlərinə ətraflı baxaraq, sifariş edə bilirlər.

Bu yaradıcı fikrin ilk başda məqsədi isə tam fərqli olub. Agentlik işçiləri işdən çıxan qrup rəhbərlərinə vida hədiyyəsi hazırlamaq istəyərkən, gələn xoş reaksiyalarla bərabər bütün ofis bu proyektə daxil olmağa başlayıb. Fikir sahiblərindən olan Thibault Gerard

‘‘Ətir xatirələrə gedən ən sürətli yoldur. Bir yandan hərkəsin bu fikrə gülümsəməsini istəyərkən, digər yandan da birlikdə keçirdiyimiz anları da yaşatmaq istədik’’ deyir.
Posted 
Apr 16, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All