A

irPods” modellərində sensor ekran (touch screen) ola bilər

Bu ekran “iPod” kimidir, amma həm də deyil. “Apple” şirkəti, “AirPods” modellərini sensor ekranla təchiz edə bilər. Bu ekranda həmçinin hava proqnozu bildirişlərini əldə etmək, eləcə də ekran üzərindən media nəzarəti kimi bir çox əsas funksiyaları yerinə yetirmək mümkün olacaq. Hazırda belə bir xüsusiyyətin cihazlara həqiqətən gəlib-gəlməyəcəyini dəqiq söyləmək mümkün deyil.

“Apple” indiyə qədər o qədər çox patent üçün müraciət edib ki, onlardan yalnız bir neçəsi real həyata keçib. Gələcək illərdə şirkətin belə bir şey edib etməyəcəyini birlikdə görəcəyik.

“Instagram”dakı kontentləri dostlarımızla tədqiq edə biləcəyimiz yenilik gəlir

“Instagram”da ortaq maraqları olan insanların birlikdə yeni məzmun kəşf etmələrinə imkan yaradacaq funksiya ortaya çıxıb. Bu funksiya məzmun toplusu vasitəsilə əlçatan olacaq və hər iki tərəfin izlədiyi və ya maraqlandığı hesablardan postları izləməyimizi real edəcək. Bu yolla insanların ümumi maraqları vasitəsilə ünsiyyət qurması hədəflənir. Digər tərəfdən, funksiyanın köməyi ilə dostlarınız sizə təklif olunanlara bənzər bildirişləri görə biləcəklər. Platforma əlavə edir ki, bu parametr istənilən vaxt dəyişdirilə bilər. Birlikdə kəşf etmə funksiyasının nə vaxt buraxılacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

FIFA EA-dakı ayrılıqdan sonra ilk futbol oyununu elan etdi

Mobil oyun olan “AI League”, yalnız öz adı ilə FIFA-nı  təmsil edir. FİFA ilə EA arasında onilliklərlə davam edən tərəfdaşlıq keçən il rəsmi olaraq sona çatdı. Futbol dünyasının ən populyar oyunlarını təşkil edən FIFA seriyası artıq öz yerini “EA Sports FC”yə verməyə başlayacaq. Bir çox insan 2024-cü ildə görə biləcəyi yeni oyunu səbirsizliklə gözlədiyi halda, FİFA da öz səsini oyun dünyasında eşitdirməyə çalışır.

EA kimi nəhəng oyun şirkəti ilə vidalaşan FIFA ayrılıqdan sonra ilk futbol oyunu üçün mobil dünyanı seçib. Ancaq oyun tamamilə fərqli bir üsluba malikdir. Qeyd edək ki, martın 28-də buraxılan oyun “AI League: FIFA World Cup Qatar 2022 Edition” adlanır.

 “ChatGPT” “Windows”u pulsuz edə bilib!

Bir “YouTuber” “Windows 95”i aktiv edə biləcəyimiz “açarı” əldə etmək üçün “ChatGPT”ni aldada bilib. Tətbiq ilk növbədə bu açarı yarada bilməyəcəyini bildirsə də, Enderman adlı istifadəçi “ChatGPT”ni aldadaraq prosesə nail ola bilib. “ChatGPT” bu girişlə 30 fərqli “açar”yarada bilib. Yaradılan 30 “açar”dan biri “Windows 95-i” aktivləşdirə bilib.

“YouTuber” yaradılan digər lisenziya açarlarının işləməməsinin səbəbini “chatbot”un toplama və bölmə əməllərini lazımınca yerinə yetirə bilməməsi ilə əlaqələndirir. Görünür, süni intellekt sistemi də qüsursuz deyil…

“Steam Deck”i unudun: “Asus ROG Ally” təqdim edilib!

“Asus” “Steam Deck”ə rəqib olan portativ oyun konsolunu təqdim edib. “Valce”, “Ayaneo” və “Logitech” kimi markaların ardınca “Asus” “ROG Ally” ilə portativ oyun konsolu bazarına girib. Üstəlik, dünyanın ən sürətli APU-sunu istifadə edən bu cihaz, “Steam Deck”də belə olmayan 120 Hz yeniləmə sürəti kimi yeniliklər təqdim edir. “Asus ROG Ally”,” xüsusiyyətlərinə görə bazarın ən güclü portativ oyun konsolu olma iddiası ilə səhnəyə çıxır. “Steam Deck”dəki 1280×800 (HD+) və 60 Hz yeniləmə tezliyi ekranından fərqli olaraq, “ROG Ally” 1920×1080 (FHD) və 120 Hz ekran yenilənməsi tezliyi təklif edir.

“Sony”nin yeni 3D ekran texnologiyası getdikcə böyüməyə davam edir

“Sony”  xüsusi eynəyə ehtiyac duymadan görə biləcəyiniz, stereoskopik təsviri nümayiş etdirən  ən son real ekran sistemi “ELF-SR2”ni təqdim etdi. “Sony”nin təqdim etdiyi yeni nəsil 4K görüntü imkanına malik displeyləri həmişəkindən daha böyükdür və daha yaxşı görüntü funksiyasına malikdir. Qeyd edək ki, Face-tracking, 3D ekran texnologiyası yeni deyil, lakin ekran ölçüsünün böyüklüyü təklifi olduqca diqqətəlayiq edir.

Avtostereoskopik (eynəksiz 3D) displeylər ikinci şəxs effekti görməyə çalışdıqda tez-tez uğursuzuzluğa düçar olur, bu da onun mənfi xüsusiyyəti kimi xarakterizə oluna bilər.

“Apple” Hindistanda ilk pərakəndə satış mağazasını açmağa hazırlaşır

“Apple” Hindistanda ilk pərakəndə satış mağazasını bu ayın sonunda, şirkətin məhsul satmağa başlamasından təxminən iyirmi il sonra ictimaiyyətə açıqlamağa hazırlaşır və şirkət  Cənubi Asiyada ikinci-böyük internet marketi olmaq üçün böyüyüb. Onu da nəzərinizə çatdıraq ki, “Apple” yaxın vaxtlarda Yeni Dehlidə ikinci Hindistan mağazasını açmağı da planlaşdırır.

Posted 
Apr 5, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All