Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Alibaba" şirkəti Türkiyəyə 2 milyard dollar investisiya edəcək

Alibaba, China's E-Commerce Giant, Will Split Into 6 Units - The New York  Times

Bloomberg-in xəbərinə görə, "Alibaba Group" prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyəyə 2 milyard dollar investisiya etməyi planlaşdırdığını açıqlayıb. Bu barədə cümə günü İstanbulda keçirilən görüşdən sonra "Alibaba Group"un prezidenti  Michael Evans məlumat verib. 2 milyard dollarlıq sərmayənin təfərrüatları hələ tam məlum olmasa da, detalların daha sonra paylaşılacağı gözlənilir.

Discord-a simvol dəyişdirmə xüsusiyyəti gəlir! Amma...

Günbəgün yeni xüsusiyyətlər qazanan Discord indi mobil istifadəçilər üçün əhəmiyyətli bir yenilik üzərində işləyir. Bu yolla tətbiqin simvolu Reddit-də olduğu kimi dəyişdirilə bilər. Verilən məlumata görə, yalnız aylıq abunə alan Nitro abunəçiləri Discord mobil tətbiqi üçün ikon dəyişdirmə funksiyasına daxil ola biləcəklər. Bu yeniliyin həm Android, həm də iOS istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Google "Domenlər" xidmətinin satışını dayandırdı

Bu ilin əvvəlində Google "Domenlər" xidmətini bağlayacağını və onu “Squarespace”ə satacağını açıqlamışdı. İki platforma arasında keçid prosesinin davam etdiyi bir zamanda Google domen adlarının satışını dayandırdı. Google bu xəbəri “Domains”in saytında elan etdi, lakin istifadəçilərə heç bir bildiriş e-poçtu göndərmədi. Artıq domen almaq istəyən istifadəçilər “Squarespace”in öz saytına yönləndirilir.

YouTube Music kef-əhvalını soruşacaq

YouTube Music ruh hali

Xoşbəxtsən yoxsa kədərli? YouTube Music 2020-ci ildə "mood" filtrlərini təqdim etmişdi. Platforma buradakı seçimləri daha da genişləndirdi və 5 yeni "mood" filtri əlavə etdi. YouTube Music yeni “mood” filtrləri ilə insanların emosiyalarına daha çox diqqət yetirir. Yeni gələn rejimə bunlar aiddir: "Ağlamaq", "Parti", "Romantika", "Yaxşı hiss etmək" və "Yatmaq".

Avtomobil şirkəti "NIO"nun ilk smartfonu olan "NIO Phone"un dizaynı açıqlanıb

Smartfon sənayesində maraqlı inkişaflar baş verir. Məşhur avtomobil şirkətinin ilk telefon dizaynı bəlli olub. Smartfon dördlü kamera quruluşu və "NIO" loqosu olan arxa paneli ilə istifadəçilərə təqdim olunacaq. Barmaq izi oxuyucusu ekranın alt hissəsinə yerləşdirilib. Qiyməti hələ dəqiq olmasa da, telefonun 700-1000 $ arası bir qiymət ilə satışa çıxacağı gözlənilir.

Dəmir yolu sahəsində yeni layihəyə start verilib

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir - "İki sahil"

Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına başlanılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqi, həmçinin dəmir yolu xətləri və keçidlərinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması nəzərdə tutulub.

Posted 
Sep 18, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All