A

mazon kosmosdan internet layihəsinə start verir.

Project Kuiper

SpaceX-in Starlink layihəsi kosmosdan bütün dünyaya internet gətirir. Amazon da "Project Kuiper" adı altında hazırda oxşar xidmət üzərində işləyir.

Şirkət "KuiperSat-1""KuiperSat-2" adlı ilk sınaq peyklərini oktyabrın 6-da ULA-nın (United Launch Alliance) Atlas V raketi ilə aşağı yerin orbitinə çıxaracaq. Bu peyklərlə şirkət çoxlu testlər həyata keçirəcək.

İşlər arzulandığı kimi getsə, yeni peyklər SpaceX kimi aşağı yerin orbitinə göndəriləcək. Verilən məlumata görə, şirkət Kuiper layihəsini dəstəkləmək üçün Floridada 120 milyon dollarlıq peyk obyekti tikməyi planlaşdırır. Hazırda tikilməkdə olan obyektin Kuiper peyklərini orbitə göndərməzdən əvvəl hazırlamaq üçün istifadə ediləcəyi bildirilib.

Posted 
Oct 5, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All