Activision Blizzard-ın Microsoft ilə birləşməsinə dair yeniləmə

Oyun dünyasının səbirsizliklə qərarını gözlədiyi Activision Blizzard işi ilə bağlı mühüm açıqlamalar verildi. Microsoft, Activision satışında strateji bir addım atdı və texnologiya dünyasının səbirsizliklə gözlədiyi birləşməni təxirə saldı.

Şirkət bunu satın almanın rəsmi təsdiqinə vaxt vermək üçün etdiyini söylədi. Qərarla bağlı rəsmi Twitter hesabından açıqlama verən Activision Blizzard-ın Korporativ İşlər üzrə vitse-prezidenti Lulu Cheng Meservey müqavilənin 3 ay müddətinə uzadıldığını açıqlayıb. Microsoft-un verdiyi bu qərar onu göstərir ki, texnologiya şirkəti FTC Avropa Komissiyasından icazə alaraq yoluna davam etməyin daha yaxşı olacağını düşünür. Qərardan sonra ətraflı açıqlama verən Microsoft prezidenti Brad Smith bildirib ki, müqavilə avqustun 29-dan əvvəl bağlanmasa, Microsoft Activision Blizzard-a 3,5 milyard dollar, 15 sentyabra qədər bağlanmasa 4,5 milyard dollar ödəməli olacaq. Smith sözlərində bildirib ki, "Biz Avropa Komissiyası və digər tənzimləyicilərlə razılaşdırılmış bütün öhdəlikləri yerinə yetirəcəyik və Böyük Britaniyada qaldırılan məsələlərdə CMA ilə işləməyə davam edəcəyik".

Netflix-in parol paylaşma məhdudiyyətləri istifadəçilərin sayını artırıb

Crackdown on Netflix Password Sharing: What It Means for You - The Tech  Edvocate

Mayın 23-də Netflix parol paylaşma qaydalarını dəyişdiyi, yəni hesabların yalnız eyni ailə daxilində paylaşılacağı barədə üzvlərə e-poçt göndərməyə başladı. Şirkətin o vaxtdan bəri istifadəçilərinə göndərdiyi elektron məktubda “Netflix hesabınız sizin və eyni evdə yaşadığınız insanlar üçündür” ifadəsi işlədilib. Antenna-ya görə, E-poçtlar göndəriləndən bəri Netflix-in gündəlik orta hesabla abunə sayı əvvəlki 60 günlük ortalamadan 102 % artaraq 73.000-ə çatıb.

Tesla uşaqlar üçün "Cyberquad" modelini satışa çıxarıb

Tesla Introduces $1,900 Cyberquad For Kids With 15-Mile Range

Tesla Çində uşaqlar üçün xüsusi olaraq hazırlanmış "Cyberquad" modelinin yeni versiyasını təqdim etdi.

Tesla 2021-ci ilin dekabrında "Radio Flyer" vasitəsilə 1900 dollarlıq versiyanı təqdim etmişdi. Pərəstişkarlar ən sərfəli Tesla markalı elektrik avtomobillərindən birinə sahib olmaq fürsətindən tez bir zamanda istifadə etməyə başladı. Bununla belə, bir ildən az müddətdə uşaqlar üçün "Cyberquad" ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) tərəfindən "bütün ATV-lər üçün federal təhlükəsizlik standartlarının pozulması və zədə riski" aşkar edildikdən sonra ABŞ-da qadağan edildi. İndi uşaqlar üçün nəzərdə tutulmuş "Cyberquad" fərqli versiyada yenidən satışdadır. Yeni versiya 8-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub, maksimum yükü 110 funt (50 kiloqram) təşkil edir və tam enerji ilə 8 mil (13 km) məsafə qət edə bilir. O, həmçinin 2,5 mil/saat (4 km/saat) və ya 5 mil/saat (8 km/saat) olaraq təyin edilə bilən 2 fərqli sürətə malikdir.

Sentyabrda gözlənilən "iPhone 15" gecikəcəkmi?

iPhone 15 release date expectations: your guide to potential specs,  features, and pricing - PhoneArena

"iPhone 15"in digər iPhone-larda olduğu kimi sentyabr ayında səhnəyə çıxması gözlənilir. Lakin Bank of America-nın qlobal qiymətli kağızlar üzrə analitiki Vamsi Mohan bu gözləntilərin real olmadığını bildirib. Verilən məlumatlara görə, iPhone 15 bir neçə həftəlik gecikmə ilə təqdim olunacaq. Buna uyğun olaraq, iPhone 15-in oktyabrda səhnəyə çıxacağı düşünülür.

Android saatlarında artıq WhatsApp tətbiqi var   

WhatsApp now available to Wear OS 3 devices - HardwareZone.com.sg

WhatsApp Android saatlarına gəldi. “WearOS 3” və daha yüksək əməliyyat sistemləri olan ağıllı saatlarda WhatsApp-dan istifadə etmək mümkündür. “Wear OS” üçün yaradılan WhatsApp mesaj yazmaq, səs yazısı göndərmək, emojilərdən istifadə kimi xüsusiyyətlərə malikdir. WhatsApp-ın ağıllı saat versiyasında ən mühüm xüsusiyyətlərdən biri də onun smartfonlardan asılı olmayaraq istifadə oluna bilməsidir.

Tesla avtomobillərini öyrətmək üçün Dojo superkompüterinin istehsalına başlayır

Tesla unveils new Dojo supercomputer so powerful it trips the power grid -  US Today News

Şirkətin hesabatında bildirilib ki, "Biz hər birini özümüzdə inkişaf etdiririk. Bu ay biz Dojo təlim kompüterimizin istehsalına başlamaqla daha sürətli və daha sərfəli neyron şəbəkə təliminə doğru bir addım atırıq." Avtomobil istehsalçısı artıq dünyanın ən güclülərindən biri olan Nvidia GPU əsaslı nəhəng superkompüterə malikdir, lakin yeni Dojo xüsusi dizaynlı kompüter Tesla tərəfindən hazırlanmış çipsetlərdən istifadə edir. 2019-cu ildə Musk bu son dərəcə güclü təlim kompüterinə "Dojo" adını verdi. Tesla 2023-cü ilin əvvəlində tam klasterə sahib olacağı haqda fikir bildirsə də, çox güman ki, bu, 2024-cü ilin əvvəlinə qədər çəkə bilər.

Posted 
Jul 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All