"Bloomberg" jurnalisti Mark Qurmanın məlumatına görə, "Apple" süni intellekt modellərini 3-cü tərəf tərtibatçıların istifadəsinə açmağı planlaşdırır. Bu addım şirkətin həm istifadəçi marağını artırmaq, həm də "App Store" gəlirlərini yüksəltmək istəyi ilə əlaqələndirilir.

Hazırda yalnız "Apple" cihazlarında çalışan bu modellər, 9 iyun WWDC 2025 tədbirindən sonra bəzi tərtibatçılar üçün əlçatan ola bilər. Açıqlamaya görə, yalnız cihaz daxilində çalışan kiçik modellər təqdim ediləcək, bulud əsaslı modellərə isə hələlik çıxış olmayacaq. Bu dəyişikliklə, iPhone və digər Apple cihazlarında daha çox süni intellekt funksiyası görmək mümkün ola bilər.