Xiaomi robot iti “CyberDog 2”ni təqdim etdi!

Xiaomi “CyberDog”un yeni versiyasını təqdim etdi. “CyberDog 2” həm görünüş, həm də xüsusiyyətlər baxımından yenilənib. Bu məhsul maneələri dəf etmək və səsli əmrləri qəbul etmək kimi müxtəlif funksiyaları yerinə yetirə bilir. Robot süni intellekt ilə dəstəklənən kamera, 4 ToF sensoru, RGB kamera, LiDAR sensoru, balıqgözü obyektivgüc sensoru kimi görmə, toxunma və eşitmə qabiliyyətlərini təkmilləşdirən bir sıra xüsusiyyətlərə malikdir. Yeni məhsulun qiyməti təxminən 1800 $ olaraq müəyyən edilib.

Amazon süni intellektlə işləyən alış-veriş funksiyasını təqdim edib

A smart phone with an Amazon product review on the screen.

Amazon minlərlə müştəri rəyini ümumiləşdirən süni intellekt funksiyasını təqdim edib. Hazırda yalnız ABŞ-da istifadəçilər üçün əlçatan olan bu funksiya süni intellektin məhsulların yaxşı olub olmadığını ölçməsinə imkan verir. Bununla yanaşı, Amazon xülasələrə yalnız təsdiq edilmiş satınalmalardan gələn rəylərin daxil ediləcəyini bildirib. Süni intellektin bu ümumiləşdirməsi hazırda yüksək reytinqli məhsullarda mövcuddur.

Telegram "hekayələr" funksiyasını hər kəs üçün əlçatan edib

Telegram Stories are now available to everyone

Daha 1 ay əvvələ qədər yalnız "premium" istifadəçilər üçün təqdim olunan funksiyanı artıq hər kəs istifadə edə bilir. Şirkətin yeni funksiya ilə bağlı rəsmi açıqlaması belə olub: “Son 10 ildə biz yüzlərlə yeni funksiya hazırlamışıq ki, onlardan indi 800 milyondan çox insan istifadə edir. Bu, Telegram tarixində ən çox tələb olunan xüsusiyyət olub və biz bir neçə ay formatı yeniləməyə və təkmilləşdirməyə sərf etdik".

Netflix-də TV oyunlarının dövrü başlayır!

Netflix launches a game controller app for playing games on your TV |  TechCrunch

Netflix istifadəçilərə televiziya kompüterlərdə oyun oynamaq imkanı verəcək. İndiyə qədər şirkət yalnız Android iOS platformaları üçün oyunları təklif edirdi. Ancaq yeni gələn xüsusiyyət ilə bu oyunlar müəyyən televiziya və kompüter modellərinə də gələcək. Qeyd edək ki, Netflix oyunlarını dəstəkləyən modellər arasında Apple TV mövcud olmayacaq.

Apple batareya problemlərinə görə istifadəçilərinə pul ödəyəcək!

“Apple” şirkətinə qarşı “iPhone”ların batareya ömrünü azaltdığı üçün açılan məhkəmə prosesi başa çatmaq üzrədir. Şirkət öz istifadəçilərinə olan borcunu bağlayacaq. 2020-ci ildən bəri 3 milyon istifadəçi ödəniş tələb edib. Buna görə də, Apple ABŞ-dakı istifadəçilərinə təxminən 500 milyon dollar borclanıb. Qərara əsasən, şirkət şikayət prosesindən sonra istifadəçilərə 65 $ ödəyəcək. Qeyd edək ki, məhkəmə müddətində 2 iPhone istifadəçisi 65 dollarlıq təzminatın aşağı olduğunu əsas gətirərək etiraz edib. Bu etirazlar isə məhkəmə tərəfindən rədd edilib.

Lamborghini: "Yeni və həqiqətən maraqlı bir şey elan ediləcək"

Lamborghini Teases Something "Truly Thrilling" For August 18 Debut

Şirkət yeni avtomobili üçün aydın görünməyən bir foto paylaşıb. Keçmişdə edilən açıqlamalar, Lamborghini-nin yaxın günlərdə öz elektrik avtomobilini təqdim edəcəyini ortaya qoyur. Şirkət ABŞ-da son zamanlarda başlayan  Monterey Avtomobil Həftəsi tədbirləri çərçivəsində bəzi açıqlamalar verərək, yaxın gələcəkdə elektrikli avtomobil konseptini təqdim edəcəyini bildirib. Açıqlama üçün 18 avqust tarixi qeyd edilib.

Posted 
Aug 15, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All