T

arixi müqaviləyə əsasən, “Broadcom” Wi-Fi və Bluetooth çiplərindən başqa, 5G modemlərini də istehsal edəcək. Simsiz bağlantılar üçün tələb olunan digər komponentlər “Broadcom” tərəfindən istehsal olunmağa davam edəcək. “ABŞ-nin gələcəyinə güclü inancımız olduğu üçün ABŞ iqtisadiyyatına investisiyalarımızı dərinləşdirməyə davam edəcəyik”, - deyə Tim Cook açıqlamasında bildirib.

Apple announces multibillion-dollar deal with Broadcom for components made  in the U.S. : Apple World Today

Windows Copilot təqdim olundu

Windows Copilot Puts AI in the Middle of Microsoft's Most Important  Software - CNET

“Edge”, “Office” proqramları və hətta “GitHub”da gördüyümüz Copilot kimi, Windows Copilot da birbaşa “Windows 11”ə inteqrasiya olunacaq və istənilən tətbiq və proqramlarda “task bar”dan açılıb istifadə oluna biləcək. O, “Task bar”dakı axtarış panelini birbaşa əvəz etməyəcək, “Windows 10”dakı Cortana kimi ayrıca yerə sahib olacaq. İddialara görə, “Bing Chat”dan daha üstün bir yenilik gözlənilir.

“Samsung”un yeni “Smart Monitor” seriyası tezliklə qlobal bazarda

32" M70B 4K UHD Smart Monitor with Streaming TV in Black - LS32BM702UNXGO |  Samsung US

“Samsung” keçən ay Cənubi Koreyada yeni “Smart Monitor” məhsullarını (M50C, M70C və M80C) təqdim etdi. Şirkətin açıqlamasına görə, “Smart Monitor 2023” seriyası tezliklə bütün dünyada satışa çıxarılacaq. Yeni məhsul seriyasının qiymətləri bu ilin iyun ayında bilinəcək. Samsungun yeni smart monitorları “Tizen” əməliyyat sistemində işləyəcək. Buna görə də Netflix, Amazon Prime, Disney Plus kimi bütün məşhur rəqəmsal platformalar yüklənmiş olacaq. Monitorlarda Bluetooth və WiFi bağlantısı, AirPlay 2, Miracast, Samsung DeX, Multi View, Samsung Gaming Hub, Microsoft 365, Google Meet və Workspace mövcuddur. Bixby və Alexa vasitəsilə səslə idarə oluna biləcəklər.

“Mercedes-Benz”dən yeni elektrik skuteri: Mercedes-AMG E-Scooter

Bu skuter regenerativ əyləc sisteminə malikdir və 500 Vt gücündə mühərriklə işləyir. Şəhəriçi məsafələr üçün nəzərdə tutulub, çünki marka yeni skuterin cazibədar və təhlükəsiz olduğunu, hətta əla məsafəyə malik olduğunu bildirir. Skuterdə sport rejimlə təxminən 25 km, eco rejimdə isə 40 km-dək məsafəni qət etmək olur. Çəkisi 15 kq-a yaxındır və qatlana bilir. Qiyməti isə 2500 AZN civarında olacaq.

“ChatGPT”nin standart axtarış sistemi “Bing” oldu

ChatGPT'nin varsayılan arama motoru Bing oldu

“OpenAI” Microsoft-un axtarış sistemi olan “Bing”i seçdi. Bu yeni axtarış təcrübəsi bu gündən “ChatGPT+” istifadəçiləri üçün əlçatan olacaq. “ChatGPT”nin pulsuz versiyasından istifadə edənlər isə plug-in vasitəsilə “Bing” ilə işləyən sistemdən yararlana biləcəklər. İstifadəçi sayındakı gözlə görünən artımı nəzərə alan Microsoft, Bing və Edge üçün yeni funksiyalar hazırladığını da açıqlayıb.

Netflix ABŞ-də parol paylaşmağı qadağan edib

Netflix

İndiyədək şirkət Netflix hesabından birdən çox şəxsin istifadəsinə qarşı olsa da, bir tədbir görmürdü. Artıq bu dəyişdi. ABŞ-dəki Netflix istifadəçiləri 15,49 dollara Standart paketi aldıqda, hər bir istifadəçi üçün əlavə 7.99 dollar ödəməli olacaqlar. 19,99 dollara Premium paket alınarsa, 2 istifadəçi üçün yenə əlavə 7,99 dollar ödəniləcək.

Google-un AI dəstəkli yeni məhsulu: Product Studio

“Google Merchant Center” istifadəçilərinə məhsul şəkillərini tez və pulsuz redaktə etməyə və fərdiləşdirməyə imkan verən süni intellekt aləti “Product Studio” təqdim olunub. Yeni süni intellekt aləti sayəsində brendlər “Google Shopping” daxilində yeni vizuallar yarada biləcəklər. “Product Studio” 2024-cü ildə dünya üzrə bütün istifadəçilər üçün əlçatan olacaq.

Posted 
May 24, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All