Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Google Meet" mobil telefonda süni intellekt dəstəyi alacaq

‍

Yeniləmə ilə birgə Android istifadəçiləri "Google Meet" zəngləri üçün xüsusi süni intellekt dəstəkli fonlar yarada biləcəklər.

"Hogwarts Legacy Definitive Edition" gəlir!

Insider: Avalanche Studios is preparing Hogwarts Legacy Definitive Edition

Tom Henderson-un sözlərinə görə, "Hogwarts Legacy" üçün yeni DLC yoldadır. İstifadəçilər bu məzmunu 20-30 dollar arası qiymətə əldə edə biləcəklər. Rəsmi məlumat olmasa da, DLC-nin 2025-ci ildə çıxması gözlənilir.

"Samsung"un "Galaxy S25" seriyası ilə bağlı planları sızdırılıb

Samsung Galaxy S25: All the rumors so far | Tom's Guide

‍"Samsung" "Galaxy S25" seriyasını 2025-ci ilin yanvar ayında təqdim etməyi planlaşdırır. Sızdırılan məlumata görə, şirkət yayın ortasına qədər 6 milyon “Galaxy S25”, 4 milyon “Galaxy S25+” və 11 milyon “Galaxy S25 Ultra” modeli istehsal etməyi hədəfləyir. Ümumilikdə 22 milyon cihazın istehsalı gözlənilir və seriyanın ən çox satılacağı düşünülən modeli Galaxy S25 Ultra olacaq.

"Apple"ın ağıllı eynəyi 2027-ci ildə satışa çıxa bilər

Apple Glasses Release Date and Price – AR GLASSES FOR $1,000?

‍"Apple" ağıllı eynək və kameraya sahib “AirPods” üzərində işlərini davam etdirir. Məşhur analitik Mark Qurmana görə, bu cihazlar ən tezi 2027-ci ildə satışa çıxacaq. Şirkət bu addımı ilə geyilə bilən texnologiyalar sahəsindəki təsirini gücləndirməyi hədəfləyir.

"BMW" elektrikli avtomobil satışları ilə "Mercedes-Benz"i geridə qoydu

‍"BMW" 2024-cü ilin üçüncü rübündə 103 min 440 elektrikli avtomobil sataraq "Mercedes-Benz"i qabaqlayıb. Şirkət ilin ilk doqquz ayında dünya üzrə 294 mindən çox elektrikli avtomobil satışı həyata keçirib və bu rəqəm keçən ilə nisbətən 19,1 % artıb. Xüsusilə Avropada "BMW"nin satışları 35,8 % artıb, "Mercedes-Benz" isə bu regionda 22 % geriləyib.

Posted 
Oct 14, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All