“Apple”ın növbəti məhsul təqdimat tədbiri sentyabrın 7-də baş tutacaq. Şouda “Apple”ın qarşıdan gələn “iPhone” və “Apple Watches” haqqında təfərrüatları paylaşacağı gözlənilir.
“Uzaqda” şüarı ilə anons edilən tədbir “Apple”ın Kupertino şəhərciyindəki Stiv Cobs teatrında baş tutacaq. Bu, şirkətin pandemiyadan sonrakı ilk böyük məhsul təqdimat tədbiri olacaq. Tədbir həmçinin 7 sentyabrda onlayn yayımlayacaq.
Yayılan şayiələrə görə, yeni “iPhone 14” belə olacaq:
Deyilənə görə, “Apple” tədbirində 4 yeni “iPhone” modelini təqdim edəcək: 6.1 düym ekrana sahib “iPhone 14”, 6.7 düym ekranla “iPhone 14” (“Plus” və ya “Max” adlandırılacağı düşünülür), 6.1düym ekranla “iPhone 14 Pro” və son 6.7 düym ekran ölçüləri olan “iPhone 14 Pro Max”.
Diqqəti isə daha çox kamera və sensorların yerləşdiyi hissə çəkir. Deyilənlərə görə, “iPhone 14” modelində ənənəvi “kəkil” ilə vidalaşacağıq.
Sosial mediada əksər istifadəçilər tədbirin adını (“Far out” – Uzaqda) təkmilləşdirilmiş telefoto kamera modulu ilə əlaqələndirir.