A

pple” “iPhone 15” ilə istehsalda yeni cığır açır!

Belə görünür ki, bu cığır İpək Yolu üzərindən keçəcək, çünki şirkət “iPhone 15” istehsalını Çindən Hindistana keçirmək istəyir. “Apple”ın “iPhone 15” modellərini Hindistanda istehsal etmə və satışa çıxarma qərarının qiymətlərə necə təsir edəcəyini müəyyən etmək o qədər də çətin deyil.

Çindəki fabriklərin müxtəlif ölkələrə köçürülməsi, qiymətlərdə potensial artım olacağını göstərir.Qeyd edək ki, “iPhone 15” və “iPhone 15 Plus”un ekranları eyni olmayacaq. Amma hər iki modelin 60 Hz yeniləmə sürəti təklif edən panellərə sahib olacağı bildirilib.

“GTA 6”da gözlənilməz irəliləmə!

 Oyun dünyasının əfsanələrindən sayılan “Grand Theft Auto” seriyasından 10 ildən sonra yeni oyun gözlənilir. “Rockstar Games”in uzun müddətdir üzərində çalışdığı “GTA 6” üçün indi ayları, bəlkə də günləri sayırıq. Oyunun çıxış tarixi yaxınlaşdıqca  sızan xəbərlərin da sayı artır. Onu qeyd edək ki, “GTA 6” yalnız yeni və son nəsil konsolları ilə birlikdə PC üçün buraxılacaq.

Xarakterlər bölməsində də dəyişikliklər var. Şayiələrə görə, “GTA 6” sayəsində serialda ilk dəfə qadın personaj oynaya biləcək. Bir çox kişi qanqster personajlarını oynadıqdan sonra qadın qanqster xarakteri olduqca maraqlı ola bilər. Lakin bu fikir oyunun nümayiş etdirilməsinə qədər dəyişə bilər.

“Instagram”da “Reels” yükləmə özəlliyi

Məlum oldu ki, “Instagram” “Reels” yükləmə funksiyası üzərində işləyir. Bu xüsusiyyət videonu yükləyən tərəfindən yandırıla və ya söndürülə bilər. Yandırıldıqdan sonra “Reels” onu yükləmək istəyən hər kəs tərəfindən yüklənə bilər.

Yuxarıda gördüyünüz ekran görüntüsünə görə, yükləmə seçimi “Reels” videolarının yanındakı üç nöqtəyə toxunduğunuzda açılan seçimlər menyusunda olacaq. Eyni zamanda “Reels”i yükləyən və onu digər şəxslərlə bölüşən biri videonu paylaşarkən yükləmə seçimini açarsa, istəyən hər kəs əlavə proqrama və ya internetə ehtiyac duymadan bu videonu yükləyə biləcək.

Dünyanın ən böyük “Esport” Klubu çökür: Snop Doq istefa verdi!

“FaZe Clan”ın rəhbərliyinə 1,9 milyon dollarlıq səhm müqaviləsi ilə qatılan Snop Doq payını almadan komandadan ayrılıb. Dünyanın ən uğurlu “Esport” komandalarından biri olan “FaZe Clan” keçən il Nyu-York birjasında siyahıya alınaraq ictimaiyyətə təqdim olunmuşdu. Lakin şirkətin səhm dəyəri gözlənildiyi kimi dəyişməyib. İş o yerə çatıb ki, sentyabrın ikisində 17 dolları keçən səhm dəyəri bu gün 0,50 dollara enib. “FaZe Clan”ın şöhrətini demək olar bütün dünyaya tanıdan da məşhur rep ifaçısı Snop Doq olub.

“Esports” komandası Snop Doqu idarə heyətinə gətirərək 1,9 milyon dollar dəyərində və oğluna isə 248 min dollar dəyərində səhm təklif etmişdi. Qeyd edək ki, Snop Doqun komandadan ayrılma səbəbi də bu hissələrin dəyərinin az olması olub.

“WhatsApp Android”in dizaynı dəyişir! Bu dizayn “iPhone”dakı ilə eyni olacaq!

Məlum olub ki, “WhatsApp” “Android” ekosistemi üçün yeni interfeys dəyişikliyi üzərində işləyir. Yeni interfeys “iPhone”larda olduğu kimi olacaq və ekranın aşağı hissəsində naviqasiya çubuğu yerləşdiriləcək. “WhatsApp” hələ ilkin mərhələdə olan interfeys işi ilə bağlı heç bir açıqlama verməyib. Ancaq bu vəziyyətin tezliklə dəyişəcəyi görünür. İnterfeys hazır olduqda, gecikmədən istifadəçilərə təqdim olunacaq.

Posted 
Apr 6, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All