iPhone 14

"iPhone 14" seriyasının "Apple"ın "Uzaqda" tədbirinin ulduzu olacaq. 4 yeni modelin təqdim olucanacağı tədbirdə "iPhone 14 Plus" daha çox diqqət çəkəcək. Digər modellərinin hazırki iPhone 13-dən çox fərqlənəcəyi düşünülmür. Sadəcə "Apple"ın ən güclü smartfonu olacaqlar :D

iPhone 14 modelləri ilə bağlı son şayiələr

See iPhone 14 cutout any iPhone

Şayiələrə görə "iPhone 14 Pro" modelini 100$ daha baha qiymətə satılacaq. Yayılan telefon qoburunun şəkillərinə görə də kamera lenslərinin daha böyük olacağı gözlənilir.

Bir necə həftə öncə yayılan bir başqa sızıntıya görə təqdim olunacaq yeni "iPhone"ların rənglərini də bilirik:

  • iPhone 14: yaşıl, bənövşəyi, göy, qara, ağ, and qırmızı. Çəhrayı rəngi bənövşəyi rənglə əvəz olunurdu.
  • iPhone 14 Pro: yaşıl, bənövşəyi, gümüşü, qızıl, and qrafit. Şayələrlə görə Sierra Blue rəngi bənöşəyi rənglə əvəz ediləcək.

Son bir neçə gündə yeni modellərin adlandırması və dizaynında olan dəyişiklərlə bağlı da şayiələr yayılmağa başlamışdı. Belə ki, ən böyük "iPhone 14" modelinin adının "iPhone 14 Plus" olacağı və "iPhone 14 Pro"da görməyə öyrəşdiyimiz "kəkil" dizaynının əvəzinə böyük həb şəklində kəsik olacaq.

Yeni "Apple Watch"lər gəlir

Apple September Event

"Bloomberg"dən Mark Qurman "Apple"ın 2022-ci ildə üç yeni "Apple Watch" modelini təqdim edəcəyini bildirmişdi və onun sözlərinə görə bu son illərdə "Apple Watch" üçün olan ən vacib yeniləmə olacaq. Bu saatlar "Apple"ın sentyabr tədbirində təqdim edilə bilər. "Apple Watch Series 8" yeni bədən temperaturu sensoru və daha yaxşı batareya performansına malik olacaq. Ehtimal olunur ki, "Apple Watch" ikinci nəsil "SE" modelini də təqdim edəcək. "Apple" eyni zamanda, ekstremal idman növləri üçün fərqli dizayn və yüksək keyfiyyətli hazırkı saatın daha davamlı “Pro” versiyasını təqdim edə bilər.

AirPods Pro 2

AirPods Pro recall


"AirPods Pro" modelində "Apple"ın öz audio prosessoru olan "H1" çipinin daha təkmil versiyasının olacağı, "LC3" kodeks dəstəyi ilə "Bluetooth 5.2" texnologiyası ilə təqdim olunacağı gözlənilir. Bu daha yaxşı səs keyfiyyəti və daha sağlam bağlantı deməkdir.

Tədbiri necə izləyə bilərsiniz?

Saat 21:00-da başlayacaq tədbiri saytımızında izləyə bilərsiniz.

Posted 
Sep 7, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All