"Apple"ın proqram təminatı rəhbəri Craig Federighi və marketinq direktoru Greg Joswiak, süni intellektlə gücləndirilmiş yeni "Siri"nin təxirə salınmasına dair ilk dəfə rəsmi açıqlama verib. Federighi-nin sözlərinə görə, yeni "Siri" hələlik “Apple məhsulu olacaq qədər etibarlı” səviyyəyə çatmayıb. Şirkət keyfiyyət standartlarına cavab verməyən bir funksiyanı təqdim edərək istifadəçiləri məyus etmək istəmədiyini bildirib.

Planlara görə yenilənmiş Siri, insan kimi söhbət edən, istifadəçini tanıyan və ekran kontekstini anlayan tam funksional süni intellekt köməkçisi olmalıdır. Bunun nə zaman istifadəyə veriləcəyi isə hələlik bəlli deyil.