Apple 8 Mart günü təqdimatında bizlərə yeni cihazlarını elan etdi, gəlin bu cihazlarla tanış olaq.

"Apple Park"dan yayımlanan təqdimat üçün işlənən sloqan isə "peek performance" (Performansı güd) idi. Təqdimatda bizlərə yeni rəngdə iPhone 13 iPhone 13 Pro, daha yaxşı performansda iPhone SE 3 Mac Studio təqdim edildi.

Tim Qadınları təbrik etməyi də unutmadı

M1 Ultra Çipseti

  • M1 Ultra 128 GB-a qədər vahid yaddaşı və 800 GB/s-ə qədər yaddaş ötürmə qabiliyyətini dəstəkləyir.
  • M1 Ultra, 16 yüksək performanslı nüvə, dörd yüksək effektiv nüvə və 32 nüvəli Neyron Mühərriki olan 20 nüvəli CPU-ya malikdir.
  • M1 Ultra iki M1 Max çipini bir-birinə bağlamaq üçün Ultra Fusion texnologiyasından istifadə edir

Mac Studio

"Mac Studio" və "Studio Display"i bu gün sifariş vermək mümkündür. Məhsul isə 18 Martda satışda olacaq.

Studio Display və Mac Studio
  • Studio Display $1599-dur və yenilənmiş stend və ya nanotekstura ilə konfiqurasiya edilə bilər
  • M1 Max ilə Mac Studio üçün $1999M1 Ultra üçün $3999
  • Apple həmçinin gümüş və qara Magic Trackpad, Magic Keyboard və Magic Mouse-u Studio Display ilə birləşdirəcək.
  • Üç USB-C portu və bir Thunderbolt portu
  • Studio Displey daxili veb-kamera ilə A13 Bionic çipi var. Bundan başqa ilk dəfə olaraq Center Stage-i Macda dəstəkləyən cihazdır.
Studio Display və Mac Studio
  • Studio Display 5K 27 düym ekrana sahibdir.
  • Mac Studio 128 GB-a qədər Ram 8 TB-a qədər yaddaşla M1 Max və ya M1 Ultra ilə konfiqurasiya edilə bilər.
Mac Studio
Mac Studio
  • Mac Studio dörd Pro Display XDR ekranını və əlavə 4K displeyini dəstəkləyir
  • Port seçimlərinə Thunderbolt 3, USB-C, USB-A, SD kart yuvası, ethernet, HDMI və qulaqlıq yuvası daxildir.
  • Mac Studio 7,7 düym enində və 3,7 düym hündürlüyündə ölçülən dizayna malikdir.

iPad Air

  • İndi M1 çipini dəstəkləyən və yeni bənövşəyi rəngdə satışa çıxarılacaq iPad Air-in vaxtıdır
  • Yeni iPad Air 599 dollardan başlayır.
  • iPad Air həmçinin Center Stage dəstəyi və 5G bağlantısı ilə yeni 12MP ön kameranı da özündə birləşdirir.
iPad Air

iPhone SE 3

iPhone SE 3
  • iPhone SE 3 martın 18-də satışa çıxarılacaq, ilkin sifarişlər martın 11-dən başlayacaq. O, ikinci nəsil iPhone SE-dən 30 dollar bahalaşaraq 429 dollara satılacaq.
  • Cihaz A15 çipi ilə təchiz olunub, 5G dəstəkləyir
  • Ənənəvi "Home" düymə dizaynı saxlanılıb, Touch ID var
  • 4.7 düym ekran

Yeni rəngdə iPhone 13 və Pro

Heç bir parametrlərində dəyişiklik olunmayıb. Sadəcə yeni yaşıl rəngi əlavə edilib.

Posted 
Mar 9, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All