OpenAI şirkətinin rəhbəri Sam Altman X sosial şəbəkəsindəki profil adını “Ram Altman” olaraq dəyişib.

Bu addım onun kompüterlərdəki operativ yaddaşdan (RAM) istifadə ilə bağlı açıqlamalarından sonra yaranan müzakirələrə və sosial şəbəkələrdəki zarafatlara cavab kimi qiymətləndirilir.

Altman fərdi kompüterlərdə quraşdırılmış operativ yaddaş resurslarının yalnız təxminən 5 faizindən istifadə olunduğunu bildirib. Onun fikrincə, qlobal yaddaş çatışmazlığının yaşandığı bir vaxtda kompüterlərdə istifadə olunmayan yaddaş resurslarından bulud sistemləri vasitəsilə daha səmərəli yararlanmaq mümkündür. Bu fikir bəzi istifadəçilərin etirazına səbəb olub və Altmanın açıqlaması sosial şəbəkələrdə tənqid edilib.

Müzakirəyə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk da qoşulub. O, Altmanın fikirlərini ələ salan paylaşım edib. Daha sonra bir X istifadəçisinin təklifindən sonra Altman profil adını “Ram Altman” şəklində dəyişərək müzakirəyə yumorla yanaşıb.

‍

Posted 
Nov 4, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All