"

AZAL” aviaşirkəti “World Airline Awards 2023” mükafatı ilə Mərkəzi AsiyaMDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülüb. “APA-Economics” yazır ki, aviaşirkət aviadaşımalar bazarında və sərnişinlərə keyfiyyətli xidmət prinsiplərində rekord sayda12-ci dəfə nüfuzlu mükafata sahib olub. Məlumata görə, mükafatlandırma mərasimi 20 iyunda Paris aviasalonu çərçivəsində baş tutub. Mükafat qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir və 1999-cu ildən etibarən İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir.

AZAL aircraft operating on Baku-Nakhchivan route returns to airport of  departure

“Neuralink” insanlar üzərində təcrübələrə bu il başlayır

Elon Musk can start implanting brain chips in people as study gets US  approval

“İlk sınaq, deyəsən, bu ilin sonlarına yaxın olacaq”, - deyə Elon Musk bildirib. Xatırladaq ki, bu, ilk belə çıxış deyil. O, keçən ay da beyin implantı şirkətinin insanlar üzərində ilk klinik sınaq keçirməsi üçün FDA-dan icazə aldığını açıqlamışdı. “Neuralink” ilk dəfə 2017-ci ildə ictimaiyyətə təqdim edilib və implantın tibbi cihaz olduğunu vurğulayıb. Şirkət illərdir bu texnologiya üzərində çalışır. Hətta beyin implantını meymundonuzlar üzərində sınaqdan da keçirib.

iPhone 15” seriyasında 2 yeni rəng seçimi olacaq

iPhone 15 Pro Max tipped to get same internals as iPhone 14 Pro Max? |  Mobile News

Deyilənə görə, “iPhone 15” firuzəyi tünd qırmızı rəng seçimlərinə yer verəcək. Yeni modellə işlənib-hazırlanması gözlənilən vizual zənginliyin bu 2 rəng variantı ilə dəstəklənəcəyi gözlənilir. Tünd qırmızı rəng variantının yalnız Pro modeli üçün, firuzəyi variantın isə bütün “iPhone 15” modellərində yer alacağı da ehtimallar arasındadır. “Apple”ın “A16 Bionic” prosessoru ilə gəlməsi gözlənilən “iPhone 15” seriyasının qiymətlərinin “iPhone 14” seriyasına kifayət qədər yaxın olacağı gözlənilir. Bu gözlənti texnologiya dünyasını yeni modelin böyük texniki yenilik gətirməyəcəyini düşünməyə vadar edir. İndiyədək sızan məlumatlardan onu deyə bilərik ki, “Apple” prosessorkamera tərəfində gətirdiyi yeniliklərlə bərabər, “iPhone 15” seriyasında bəzi vizual dəyişikliklərə də əl ata bilər.

“WhatsApp” istifadəçilərini həqiqətən dinləyir? “Google”dan açıqlama

WhatsApp Microphone Bug acknowledged as Android "issue", update in work to fix  problem

“WhatsApp”ın mikrofondan istifadə edərək, səsləri dinləməsi keçən ay xeyli söz-söhbətə səbəb olmuşdu. Şirkət isə bu iddiaya cavab kimi problemin “Android”dəki bir bug-dan qaynaqlandığını bildirmişdi. “Android” telefonunuzun “Məxfilik Paneli” bu barədə xəbərdarlıq edərsə, sadəcə “WhatsApp”ı yeniləyin və işinizə davam edin. Bir sözlə, “Google” bu problemin onlardan qaynaqlandığını təsdiqləyibistifadəçilərdən üzr istəyib.

iOS istifadəçiləri üçün “Chrome”a yeni özəlliklər gəlib

Google Chrome UI for iOS Sketch freebie - Download free resource for Sketch  - Sketch App Sources

Ümumilikdə 4 yeni funksiya elan olunub və bunlar iPad-ə də gələcək. Ən önəmlisi “Google Maps”lə bağlıdır. Burada süni intellekt texnologiyasından istifadə olunub. Digər yeniliklər isə “Google Lens”, “Google Translate”“Google Calendar”la bağlıdır.

İndi veb-səhifələrdə ünvanları aşkar etmək üçün süni intellekt texnologiyasından istifadə edərək, brauzer ünvana sıxıb-saxladıqda “Google Maps ilə Chrome-da görüntülə” seçimini təklif edəcək. Bununla da ekranda kiçik “Google Maps” xidməti nəzərə çarpacaq.

Bənzər funksiya Chrome-da müəyyən bir tarixə sıxıb saxladıqda, bu dəfə “Google Calendar-a əlavə et” seçimini təklif edəcək. Adı çəkilən seçimlə bu tarixi və vacib məlumatları saxlaya biləcəyiniz yeni panel yaradılır. Beləliklə, tətbiqlər arasında detalları manual şəkildə köçürmədən fəaliyyətlər, tədbirlər yaradıla bilər.

“EA Games” adını dəyişdirdi! Yeni ad - “EA Entertainment”

EA realigns into EA Sports and EA Entertainment divisions |  GamesIndustry.biz

“EA Sports”“EA Games” adları altında oyunlar yayımlayan “EA” markası yeni ada keçib. “EA Entertainment” bundan sonra şirkətin yeni adıdır. “EA”in saytındakı məqalədə CEO Andrew Wilson bu yenilik barədə açıqlama da verib. Jeff Karp“EA Entertainment”in mobil komandalarına rəhbərlik etməyə davam edir. “EA Sports” tərəfdə Cam Weber prezident olaraq kürsüsündə qalır. David Tinson isə “EA Experiences” komandasının yeni rəhbəridir.

“YouTube” pul qazanmada şərtlərini yeniləyib, güzəştlər var

How to Use YouTube Shorts to Grow Your Channel - TubeBuddy

İndiyədək “YouTube” monetizasiya ortaqlığına daxil olmaq üçün son 1 ildə 1000 abunəçi və 4000 saatlıq video və ya son 3 ayda 10 milyon “Shorts” baxış sayı tələb olunurdu. Bu, yeni kanallar üçün çətin limitdir. Yeni tələblə abunəçi sayı 500-ə endirilib. Baxış tərəfində isə son 1 ildə ən az 3000 saat video və ya son 3 ayda ən az 3 milyon “Shorts” baxış sayı tələbi var. Xüsusilə, “Shorts” tələbində 70 % güzəşt olunub.

Face ID” texnologiyası tezliklə “MacBook”larda

Почему в новых MacBook нет Face ID | AppleInsider.ru

İlk dəfə Phil Schiller Craig Federighi tərəfindən təqdim edilən “Face ID” istifadəçilərin ekranlarını açması və ya autentifikasiyası üçün istifadə edilən üz tanıma texnologiyasıdır. Məlum olub ki, “Apple” Face ID texnologiyasını “MacBook”lara yerləşdirmək üçün patent alıb. ABŞ Patent İdarəsinin rəsmi saytında nümayiş olunan bu patent “Face ID”nin “MacBook” ekranının kilidini açması ilə yanaşı, imeyl hesabına daxil olarkən də istifadə ediləcəyini göstərir.

Posted 
Jun 21, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All