Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə “Rusiya-Çin” birgə layihəsinə qoşulub

Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos  ailəsinin üzvünə çevrilib - Qanunla.Az

Oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar. Hər 2 tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

2000-dən çox 3D heyvan və bitki modelləri onlayn olaraq təqdim olunub

Kyushu Universitetinin tədqiqatçısı Yuiçi Kano bitki və heyvanları 3D skan etmək və onları yüksək keyfiyyətli 3D modellərə çevirmək üçün yeni texnika hazırlayıb. Bu günə qədər bu texnika ilə əldə edilən 2000-dən çox model internetdə təqdim edilib. Bütün 3D modelləri pulsuz istifadə üçün mövcuddur.

Cybertruck yeni test sürüşündə

Son günlərdə Cybertruck-ın görüntüləri bir çox istifadəçinin profilində yayımlanırdı. Bu dəfə Tesla öz rəsmi X hesabında Cybertruck-ın görüntülərini canlı yayımda paylaşdı. Test sürüşündə pikapın müxtəlif rakurslarda etdiyi manevraları görürük. Canlı yayımın təkrarını izləmək istəyənlər Teslanın X profilinə keçid edə bilər.

Unity-nin baş direktoru John Riccitiello istefa verib

Unity CEO John Riccitiello to Step Down in Wake of Installment Fee  Controversy - IGN

Unity kompüterlər, konsollar və mobil cihazlar üçün video oyunları və simulyasiyalar hazırlamaq üçün istifadə edilən məşhur oyun mühərrikidir. Rəsmi açıqlamaya görə, Unity-nin baş direktoru John Riccitiello təqaüdə çıxacağını açıqlayıb və işini tərk edib. Onun yerini hazırda Red Hat CEO-su Jim Whitehurst tutur.

Xiaomi-nin MIUI interfeysini ləğv edəcəyi və tamamilə yeni interfeysə keçəcəyi iddia edilir

Xiaomi 14 mios

Bu günə qədər Xiaomi tərəfindən buraxılan ən aktual interfeys MIUI 14 hesab olunur. Şirkətin yüksək səviyyəli telefonları bu interfeyslə istifadə olunur. Digital Chat Station-un iddiasına görə, Xiaomi yeni smartfonlarında MIUI dövrünü rəsmi olaraq başa vuracaq. Şirkət bunun əvəzinə “miOS” adlı yeni əməliyyat sistemi interfeysinə keçəcək.

LG və Toyota 3 milyard dollarlıq yeni akkumulyator müqaviləsi imzalayıb

Toyota Motor Corporation elektrik avtomobilləri üçün LG Energy Solution-dan litium-ion batareyaları üçün əhəmiyyətli bir müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, LG ABŞ-da istehsalı genişləndirmək üçün 3 milyard dollar sərmayə qoyacaq. LG tərəfindən verilən əlavə tutum Toyota-ya 2025-ci ildən başlayaraq ABŞ-dakı digər avtomobil zavodlarını akkumulyator elementləri və modullarla təchiz etməyə imkan verəcək.

Posted 
Oct 10, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All