Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq. Mobil tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir.

X Elon Musk-dan sonra istifadəçilərini böyük ölçüdə itirib

Elon Musk-ın Twitter-i almasından sonra istifadəçilərin sayının azalması platformanın gələcəyi ilə bağlı narahatlıq yaratmağa başlayıb. Similarweb şirkəti X istifadəçilərinin sayı ilə bağlı araşdırma aparıb. Şirkətin paylaşdığı məlumatlara görə, Elon Musk Twitter-i satın aldıqdan sonra platformadan istifadə edənlərin sayında 14% azalma olub.

“Iron Man” oyunundan ilk təfərrüatlar ortaya çıxıb

EA'in Iron Man Oyunundan İlk Detaylar Geldi: Unreal Engine 5 ile Geliştiriliyor!

EA-nın bir müddətdir üzərində çalışdığı yeni Iron Man oyunu üçün bir sıra yeni məlumatlar paylaşılıb. EA-nın Motive komandası qarşıdan gələn Iron Man oyununun Unreal Engine 5 ilə hazırlandığını açıqlayıb. Bu barədə Motive-in baş meneceri Patrik Klaus bildirib:

"Bu prosesin əvvəlində biz Iron Man və Marvel pərəstişkarlarından ibarət komanda yaratdıq. Onlar inkişaf prosesi boyunca oyun haqqında rəy bildirəcək".

Midjourney artıq daha dəqiq nəticələr verir

AI-imager Midjourney v5 stuns with photorealistic images—and 5-fingered  hands | Ars Technica

Midjourney uzun müddətdir istifadə edilən V4 versiyası ilə maraqlı işlər ortaya çıxarmışdı. İndi isə Midjourney V5 ilə daha yaxşı işlər görməyə davam edir. Yeni versiya ilə V4-də narazılığa səbəb olan “əl və barmaq problemləri” böyük ölçüdə həll olunub. Qeyd edək ki, yeni versiyada verilən təlimatlarla daha dəqiq nəticələr ortaya çıxır.

Discordda birini müvəqqəti bloka ata biləcəksiniz

Discord'a uyarı sistemi geldi

Discord-a yeni bir xəbərdarlıq sistemi gəldi. Bu xəbərdarlıq sistemi sayəsində platforma qaydalarını pozan istifadəçiləri daimi bloklamak əvəzinə müvəqqəti bloklamaq mümkün olacaq. Yenilik streamerlərin kanalında bloklanan istifadəçilərə qoyulan qadağaların qeyd olunan vaxtdan sonra aradan qalxmasına imkan yaradacaq.

Posted 
Oct 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All