Azərbaycan Lekton İdman Növləri Federasiyası ölkədə esport ekosisteminin daha aydın və davamlı inkişafı üçün Title Class System adlı yeni strukturlaşdırma modelini təqdim edib.
Sistem oyunları populyarlığına görə deyil, ekosistemdə tutduğu yer və inkişaf mərhələsinə görə qruplaşdırmağı hədəfləyir.
Model dörd əsas kateqoriyadan ibarətdir: Core, Development, Community və Undiscovered. Bu bölgü oyunların mövcud vəziyyətini, potensialını və ekosistemdəki rolunu daha dəqiq müəyyənləşdirmək üçün nəzərdə tutulub.



