Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan pul təşkilatlarında kredit yeniliyi!

Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək. Bu, Azərbaycan Mərkəzi Bankının Kollegiyasının təsdiqlədiyi “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda öz əksini tapıb. Qərara əsasən, ödəniş təşkilatları krediti bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verəcək və alınan kredit tam geri qaytarılmayana qədər həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilməyəcək.

ABB də süni intellekt dünyasına addım atır!

ABB Süni İntellekt ABB mobil tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir. Xidmət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər. Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq.

Google Chrome-a süni intellekt tətbiq olunacaq!

Google yaxın zaman içərisində Mac Windows üçün Chrome-a süni intellektlə işləyən yeni funksiyalar üçlüyünü əlavə edəcəyini elan etdi. Bu üçlüyə yazı köməkçisi, konsept fərdiləşdirici və tabları ağıllı şəkildə nizamlayan funksiyalar daxildir. Yazı köməkçisi hələlik eksperimental olsa da, gələn ayın Chrome buraxılışında saytlarda mətn qutusuna və ya sahəyə sağ klik etməklə və daha sonra “Mənə yazmağa kömək et” seçimini edərək əlçatan olacaq. Başlamaq üçün əvvəlcə bir neçə söz yazmağınız kifayət edəcək. Tab nizamlayıcı xüsusiyyəti bir çox tab-ı açıq saxlayan istifadəçilərə onları qruplarda birləşdirib idarə etməyə imkan verir. Tab qruplarını adlandırmaq da mümkün olacaq. Son olaraq, konsept fərdiləşdirici xüsusiyyət “Chrome-u fərdiləşdirin” yan panelini açdıqdan və “konsepti dəyişdir” düyməsini kliklədikdən sonra yeni “AI ilə yarat” seçimini seçməklə konsept, vizual üslub və rəng üzrə konseptlər yaratmağa imkan verir.

eBay də “ixtisarçılar” sırasına daxil oldu!

eBay1000-ə yaxın işçisini ixtisar edir ki, bu da “full-time” işləyən işçilərinin təxminən 9%-ni təşkil edir. Şirkət, həmçinin yaxın aylarda “alternativ işçi qüvvəsi” ilə müqavilələrini genişləndirməyi planlaşdırır. Şirkət CEO-su Jamie Iannone bildirib:Bu strategiyamıza qarşı olsa da, ümumi işçi sayımız və xərclərimiz biznesimizin böyüməsinə mane olub. Bunu həll etmək üçün biz özümüzü təkmilləşdirmək və bütün dünyada müştərilərimizin ehtiyaclarını daha yaxşı ödəmək üçün müəyyən komandaları uyğunlaşdıran və birləşdirən təşkilati dəyişikliklər həyata keçiririk.

Palworld ilə Nintentdo arasında “Pokemon” problemi!

Nintendo, Palworld-dəki canlıları Pokemon personajları ilə əvəz edən mod yaradıcısı ToastedShoes adlı YouTuber-a qarşı tədbir gördü. Hazırda da oyun zatən Pokemona çox bənzədiyi üçün tənqid edilirdi. Bu səbəbdən də Nintendonun sakit qalmaması gözlənilən idi. ToastedShoes sosial mediada Palworld üçün Pokemon rejimini təqdim edən bir video paylaşaraq, oyunun artıq Pokemon rejiminə malik olduğunu iddia etdi. Bununla belə, Palworld tərtibatçısı Pocket Pair tərəfindən bildirildi ki, oyun hazırda modları dəstəkləmir, lakin buraxılışdan sonra mod dəstəyi planlaşdırılır. Nintendo dərhal videoya qarşı məhkəmə iddiası qaldıraraq onun platformadan silinməsinə səbəb oldu.

Tesla-nın yeni elektrikli avtomobil planı!

Tesla 2025-ci ilin ortalarında "Redwood" kod adlı yeni elektrikli avtomobilinin istehsalına başlamaq istədiyini tədarükçülərə bildirdi. Məsələ ilə tanış olan 2 nəfər modeli kompakt krossover kimi təsvir etdi. Modellərin daha büdcə dostu olacağı gözlənilir. BYD 2023-cü ilin son rübündə Tesla-nı geridə qoyaraq dünyanın ən yaxşı elektrikli avtomobil istehsalçısı oldu. Elon Musk ilk dəfə 2020-ci ildə 25.000 dollarlıq avtomobil hazırlayacağını vəd etmişdi, sonradan bu planı rədd etdi və yenidən canlandırdı. Teslanın ən ucuz təklifi olan Model 3 sedanının hazırda ABŞ-da başlanğıc qiyməti 38990 dollardır.

Metal Gear personajları Fortnite-a gəlir!

Fortnite öz daxilində bütün digər video oyunları müəyyən miqyasda nümayiş etdirmək missiyasını davam etdirərkən, Epic Games tərtibatçısı Metal Gear-dakı Solid Snake ilə birgə Raiden-in də oyuna daxil olacağını açıqladı.

Posted 
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All