"iPhone 15 Pro" 2TB yaddaş versiyasını təqdim edəcək 

iPhone 15 Pro Models to Come With 2TB Storage Option, Claims Rumor -  MacRumors

Son xəbərlər seriyanın böyük bir yaddaş sahəsinə sahib olacağını göstərir. Koreyaya məxsus “Naver” portalının istifadəçisi "yeux1122"dən gələn ən son şayiə iPhone 15 Pro modellərinin 2 TB-a qədər yaddaşa sahib ola biləcəyini bildirir. Bu da Apple smartfonları üçün bir ilkdir. "iPhone 15 Pro" modellərinin yaddaş seçimləri bunlardır: 256 GB, 512 GB, 1 TB, 2 TB. İddialar doğru olarsa, yeni iPhone-ların minimum yaddaşı 256 GB-dan başlayacaq.

Google axtarışlarda qrammatik səhvləri tapa biləcək!

Google axtarış çubuğuna daxil edilən mətnlərin qrammatik səhvlərini düzəldə bilən yeni funksiya təqdim edir. Yeni funksiya istifadəçilərə axtarış çubuğuna daxil edilən cümlələrdə qrammatika qaydalarına uyğun olmayan yerləri göstərəcək. Google-un bu yeni xüsusiyyəti hələ ki, yalnız ingilis dilində olacaq. Bununla belə, onun yaxın gələcəkdə bir çox dillərdə istifadə olunacağı gözlənilir. İstifadəçilərin qrammatika üçün axtarış çubuğunda ingiliscə mətni yoxlaya bilməsi üçün moderasiya funksiyası olacaq. Məsələn, bir cümlənin qrammatik səhvlərini tapmaq üçün "Grammar Check" düyməsini sıxmaq kifayət olacaq. Yazılan cümlə düzgündürsə, yaşıl işarə görünəcək. Yazılan ifadə qrammatika qaydalarına uyğun gəlmirsə, Google mətni yenidən yazacaq.

Azərbaycan startapı "HalalBooking" 2.5 milyon dollar investisiya alıb

Halal Holidays, Muslim friendly Hotels, Islamic Travels & Trips, Resorts -  HalalBooking

Startap B raundunda 102 milyon dəyərləndirmə ilə 2.5 milyon dollar investisiya alıb. HalalBooking-in CEO-su Elnur Seyidli bildirib: "Bu sərmayə 17%-lik mənfəət marjamızdan əldə etdiyimiz nağd pulla birlikdə 2023 və 2024-cü illərdə böyüməmizi sürətləndirməyə və "Unicorn" olmaq hədəfimizə daha tez çatmaq üçün güclü mövqedə olmağımıza kömək edəcək".

Zoom işçilərini ofisə çağırır

For the Next Phase of Work, Zoomies Get to Choose Their Workstyle | Zoom  Blog

Uzaqdan iş və onlayn görüşlər üçün ən çox seçilən xidmətlərdən biri olan Zoom öz işçilərini işə dəvət etməyə başlayıb. Şirkət artıq ofislərinə yaxın yaşayan, yəni ofisə rahat gələ bilən işçilərin həftənin ən azı 2 günü şirkətə gəlməsini təklif edib. Şirkət bunun məhsuldarlığı artırmaq effektiv işləmək üçün ən təsirli yol olduğunu hesab edir.

“Viveka Company Creation Program” layihəsinə start verilib

Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından startap quruculuğunda biznes model, texnoloji həllər, hüquq, maliyyə, əməliyyat, marketinq və digər aspektləri özündə ehtiva edən həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər. Qeyd edək ki, təlimlər hibrid formatda (onlayn/oflayn) olacaq.

Kimlər müraciət edə bilər?

Proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan və ya öz startapını qurmaq arzusunda olan universitet tələbələri müraciət edə bilər. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 30 startap komandası “Viveka Company Creation Program”da iştirak hüququ əldə edəcək. Müraciət edən komanda üzvlərindən ən az bir nəfər universitet tələbəsi olmalıdır. Son müraciət tarixinin 21 avqust, 2023-cü il olduğu bildirilib.

"Ai.com"un yeni sahibi Elon Musk olub

TruthGPT: Why Musk's AI project cannot rival ChatGPT

Elon Musk "ai.com" domen adının yeni sahibi oldu. Bu domeni  fevral ayında ChatGPT interfeysinə yönəltmək üçün OpenAI şirkəti almışdı. "ai.com" artıq öz ziyarətçilərini Musk-ın yenicə qurulmuş süni intellekt şirkəti olan "x.ai"yə yönəldir. Qeyd edək ki, "x.ai" hələ ki, tam olaraq qurulmuş bir təşkilat deyil. Şirkətin məqsədinin “kainatın əsl mahiyyətini anlamaq” olduğu açıqlansa da, konkret fəaliyyətə başlanılmayıb.

Posted 
Aug 8, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All