"

Prime Parking” startapı Qlobal Nəqliyyat Sammiti daxilində keçirilən beynəlxalq hakatonda Azərbaycanı təmsil edərək 3-cü yerə layiq görülüb. Barselonadakı hakatonda iştirak hüququ qazanan startap nəqliyyatda mobilliyi təmin etmək üçün alternativ həllərə yol açır. Süni intellektlə hərəkətlilik təlimi və hər kəs üçün əlçatan parkinq proqramlarını özündə birləşdirən startap beynəlxalq münsiflərin yüksək marağına səbəb olub. Startapın təsisçisi Ülviyyə Abbasovadır. Təbrik edir, qürur duyuruq!

“Twitter Blue” abunəçisi deyilsənsə, mesaj limitin olacaq

Introducing Twitter Blue - Twitter's first-ever subscription offering

Şirkətin şəxsi mesaj sayını 30-dək məhdudlaşdıracağı bildirilir. Hazırda bu rəqəm 500-dür. Belə bir addımla şirkət istifadəçiləri platformanın daha çox funksiyalar təklif edən premium abunə xidməti “Twitter Blue”ya yönəltmək istəyir. “Twitter Blue” abunəçiləri üçün hazırda tvitləri geri qaytara və redaktə edə, daha uzun tvitlər yaza, tvitləri profilin yuxarısına pin edə və bəzi eksklüziv məzmunlara daxil ola bilir.

WhatsApp “Windows” tətbiqinə ekran paylaşma dəstəyini gətirir

How to share your screen on WhatsApp - Android Authority

“WhatsApp 2.2322.1.0 beta” videozənglərə ekran paylaşma funksiyasını gətirir. “Android”də sınaqdan keçirilən funksiya nəhayət “Windows”da da istifadəyə verilir. Bu funksiya ilə desktop ekranınızı videosöhbətlərdə digər istifadəçilərə göstərə biləcəksiniz. Zəng zamanı mobil cihazlarda olan istifadəçilər də ekran paylaşımını görə biləcəklər. Sözügedən funksiya ilə yenilənən “WhatsApp” hazırda “Microsoft Store”da istifadəçilərə açıqdır.

“Netflix” ilk dəfə canlı idman yayımlarına başlayır

Netflix ha già perso un milione di utenti per lo stop alla condivisione in  Spagna

“Netflix” ilk canlı idman yayımlarını bu payızda başladacaq. “The Wall Street Journal”a görə, şirkət Las-Veqasda məşhurların iştirak edəcəyi yeni qolf turniri üçün danışıqlar aparır. Açıqlamalara görə, Las-Veqasda “Drive to Survive”“Full Swing” kimi digər idman məzmunlu ulduzların və məşhurların yer alacağı qolf turniri gözlənilir. Bu turnirin baş tutması “Netflix”in daha mürəkkəb fəaliyyətləri idarə edə biləcəyini sübut etmək üçün sınaq nümunəsi də ola bilər.

“Diablo IV” 666 milyon dollarlıq satışla “Blizzard” tarixində yeni rekorda imza atdı

Diablo IV generated over 666 million dollars in 5 days - Gadget Advisor

Bütün platformalarda yayımlanan “Diablo IV” qısa müddətdə 666 milyon dollardan çox sataraq “Blizzard” tarixində ən tez satılan oyun oldu. Bundan əlavə, oyunçular “Diablo IV”ü artıq 276 milyon saatdan çox (30 000 ildən çox) oynayıblar. “Diablo IV” təkcə oyunda deyil, izlənilməkdə də liderdir. Belə ki, oyun iyunun 1-dən 9-dək “Twitch”də 1 №-li oyun olaraq “Blizzard” rekordunu qırmağı bacarıb.

“The Beatles”ın son musiqi işi süni intellekt sayəsində işıq üzü görəcək

The Beatles: Sir Paul McCartney's stage designs go on show - BBC News

“The Beatles” qrupunun həyatdakı canlı əfsanəsi P. McCartney “BBC”yə verdiyi müsahibədə son musiqi səsyazmasının süni intellektin köməyi ilə tamamlandığını açıqlayıb. Mahnının bu il işıq üzü görəcəyini deyən McCartney onu da əlavə edib ki, John Lennon-un demodakı səsi texnologiya ilə çıxarılıb və musiqi bu üslubla, yəni onun səsi ilə ideal tamamlanır. Mahnının adı isə hələ məlum deyil. J. Lennon-un səsinin 1978-ci ildə bəstələdiyi “Now And then” mahnısından götürüldüyü güman edilir.

Çinli astronavtlar kosmosda insan qan hüceyrələrini yetişdirməklə yeni bir ilkə imza atıblar

China produces early-stage blood cells in space for the 1st time - CGTN

“South China Morning Post” qəzetinin xəbərinə görə, çinli astronavtlar kosmosda müvəffəqiyyətlə kök hüceyrə yetişdirdiklərini açıqlayıblar ki, bu da bir ilkdir. Təsdiq olunarsa, təcrübə kök hüceyrə tədqiqatından tutmuş, regenerativ tibbə və kosmos səyahətinin insan hüceyrəsinə təsirinədək müxtəlif sahələrə faydası dəyə bilər. “Kosmosda insan qanının kök hüceyrələri istehsalı təcrübəsinin ilkin hədəfinə nail olduq. Orbitdə olarkən kök hüceyrələr yaxşı idi və toplanan məlumatlar aydın, gözləntilərimizə uyğundur”.

Posted 
Jun 14, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All