Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə 6 startap komandası Avstriyanın Vyana şəhərinə təcrübə mübadiləsi məqsədilə səfər edib. Sözügedən komandalar mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursları təqdim edən və mədəniyyət sahəsində olan problemlərə həll yolları tapmağa çalışan “CulTech İnkubasiya Proqramı” çərçivəsində qalib seçiliblər.  

Təcrübə səfəri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar Mədəni Yaradıcı Sənayelərin (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə təşkil olunub.

Ümumilikdə 3 gün davam edən səfər 3-5 mart tarixlərini əhatə edib. İştirakçılar səfər müddətində Avstriya Kommersiya Palatasını ziyarət edib, Startaplarla iş Departamentinin rəhbəri ilə görüşüblər.  Sonra Avstriya Startap Evi ilə tanışlıq baş tutub. Qonaqlara həmçinin Avstriya Startap Ekosistemi haqqında daha ətraflı məlumat almaq imkanı yaradılıb.

Növbəti gün “CulTech” sahəsində uğurlu startaplardan olan Avstriya startapı “Artivive”nin ofisinə tur təşkil olunub və burada Avstriyalı investorlar və ekosistem oyunçuları qarşısında ölkəmizi təmsil edən 6 komanda öz layihələrini təqdim ediblər. 

Nəticə olaraq 2 startapla investorlar yaxından maraqlanıb və gələcək dövrlərdə əməkdaşlıq aparmaq istədiklərini bildiriblər. 

Eyni zamanda “Avstriya Culttech Asossasiyası” gələcəkdə qarşılıqlı mübadilə proqramlarının mümkünlüyü barədə təkliflər irəli sürüb.

"TikTok" ABŞ qadağasını dayandırmaq üçün istifadəçilərdən kömək istədi

A TikTok screen reading, “Stop a TikTok shutdown,” and a prompt for users to call their member of Congress and urge them to vote no.

Ağ Ev bu yaxınlarda "TikTok" platformasını qadağan edən qanun layihəsini dəstəklədi. Şirkət bu məsələdən ciddi şəkildə narahat olub, buna görə də ABŞ-dəki istifadəçilərinə bildiriş göndərməyə başlayıb. ““TikTok”u bağlamağı dayandırın” - başlıqlı bildirişdə platformanın bağlanmasının qarşısını almaq üçün istifadəçilərdən kömək istənilib.

Play Store-a yeni xüsusiyyət gəlir

"Google" Android istifadəçilərini sevindirəcək yeni funksiyanı Play Store-a gətirməyə hazırlaşır. Android telefonlarına eyni anda Play Store-dan birdən çox proqram yükləmək mümkün deyildi. “Google” bu vəziyyəti dəyişir və tezliklə "paralel yükləmə" adlandırdığı funksiyanı təqdim edəcək. Play Store-a gəlməyə hazırlaşan "paralel yükləmə" funksiyası hazırda sınaq mərhələsindədir.

iPhone-dan Android-ə keçidi asanlaşdırmaq üçün yeni bir proqram hazırlanır

Switch From iPhone to Android Seamlessly - Android

"Apple" Avropa Birliyinin DMA qanunu çərçivəsində Android-ə keçidi asanlaşdıracaq yeni proqram hazırlayır. İstifadəçilər üçün əlverişli olduğu deyilən bu proqram gələn il satışa çıxarılacaq. "İstifadəçi dostu" olaraq xarakterizə edilən bu proqram iPhone-dan Android-ə keçən istifadəçilər üçün olduqca asan təcrübə təqdim edəcək.

“Tesla” ABŞ-ın ən dəyərli 10 şirkəti siyahısından çıxıb

What is Tesla? - Tech Monitor

“Tesla” kapitallaşmaya görə ABŞ-nin ən böyük şirkətlərinin reytinqində 11-ci yerə düşüb. Şirkətin kapitallaşması 562,24 milyard dollar təşkil edib. Avtomobil istehsalçısı 10-cu yeri ödəniş əməliyyatları xidmətləri göstərən “Visa”ya uduzub. “Visa”nın aktivlərinin dəyəri 0,38% artaraq onun kapitallaşmasını 563,38 milyard dollara çatdırıb.

Posted 
Mar 8, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All