Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda suyun keyfiyyətinə nəzarət edəcək onlayn platforma yaradılır

Water Quality Applications: Aquaculture, Coastal, Drinking Water,  Groundwater, Surface Water & Waste Water

Azərbaycanda suyun keyfiyyətinə onlayn nəzarət platforması üzərində iş gedir. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Cəmil Babayev Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"Həmin sistemin özəlliyi ondan ibarətdir ki, əvvəlcədən quraşdırılmış onlayn cihazlar vasitəsilə həm xidmət otağından, həm də mobil telefon və digər qurğulardan istənilən vaxt, istənilən nöqtədə suyun keyfiyyət parametrləri haqqında operativ məlumat əldə etmək mümkün olacaq".

Bu isə öz növbəsində bir tərəfdən operativ şəkildə reaksiya verilməsini təmin edəcək, digər tərəfdən isə gələcəkdə aparılan təhlillərin elektron bazasının yaradılmasını təmin edəcək",- deyə o qeyd edib.

"Apple" Aİ ölkələrindəki veb-saytlardan proqramların yüklənməsinə icazə verəcək

Apple

Bir müddətdir ki, Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uyğunlaşma prosesində olan "Apple" Avropa Birliyi ölkələrindəki istifadəçilərə üçüncü tərəf proqram mağazalarından istifadə etməyə icazə verdi. Şirkətin yeni açıqlaması bunun əhatə dairəsinin genişlənəcəyini ortaya qoyub. Şirkətin açıqlamasına görə, tərtibatçılar proqramların birbaşa öz veb-saytlarından endirilməsinə də icazə verəcəklər.

Elon Musk: "2025-ci ildə süni intellekt bütün insanlardan daha ağıllı olacaq"

AI will be smarter than entire humanity by 2029': Says Elon Musk while  responding to a Joe Rogan podcast clip - BusinessToday

Elon Musk öz "X" hesabında bildirib ki, süni intellekt gələn il hər bir insandan daha ağıllı ola bilər. 2029-cu ilə qədər isə süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq. Qeyd edək ki, 2023-cü ilin noyabrında Musk süni intellekt texnologiyasının inkişaf sürətindən narahatlığını dilə gətirmişdi. O, süni intellekti bəşəriyyət üçün potensial təhlükə hesab edirdi.

“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib

Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verildi

Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

“MyGov” platforması beynəlxalq “WSIS Prizes” müsabiqəsində!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “MyGov” rəqəmsal hökumət platforması  İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq “WSIS Prizes” müsabiqəsinin siyahısında yer alıb. “MyGov” platforması müsabiqəyə “İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — Elektron hökumət” kateqoriyası üzrə daxil edilib.  “MyGov” platforması ilə yanaşı,  Azərbaycandan daha 4 layihə də ( "Əlillik" altsistemi , "Əmək və Məşğulluq" altsistemi ,"Yaşıl gələcək" layihəsi "Hökumət Buludu" layihəsi ) siyahıya daxil edilib. Müsabiqənin növbəti mərhələsi ictimaiyyət üçün açıq olan səsvermə prosesidir. Azərbaycandan olan layihələrin növbəti mərhələyə keçməsi üçün səsvermədə iştirak etmək mümkündür.

WSIS saytında qeydiyyat və “WSIS Prizes” səhifəsində səsvermə üçün keçid:  Log in | WSIS Stocktaking Platform (itu.int)

Qeydiyyat üçün keçid: https://www.itu.int/.../wsis/stocktaking/Account/Register…

Qeyd edək ki, “MyGov” platforması əsas dövlət xidmətlərinə vahid və rahat çıxışı, eləcə də vətəndaşlar üçün əlçatanlığı təmin edir, səmərəliliyin artırılması üçün prosesləri sadələşdirir. Xatırladaq ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin  həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni  tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

"Decathlon" loqosunu yeniləyib

1976-cı ildə qurulan Fransız idman geyim şirkəti "Decathlon" - "Asics", "Adidas" və bir çox aparıcı brendlərin məhsullarının satıldığı mağazalar şəbəkəsi kimi tanınır. “Decathlon” sadəcə pərakəndə satış şəbəkəsi deyil, həm də "qlobal idman markası" kimi tanınmaq üçün yeni bir səhifə açıb. Brend bu məqsədlə öz loqosunda da dəyişiklik edib.

Posted 
Mar 13, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All