Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Electronic Arts” işçi qüvvəsinin 5%-ni ixtisar edəcək

Electronic Arts shares drop as competition, lower spending hit bookings  forecast | Reuters

Oyun dünyasının ən böyük adlarından biri olan “Electronic Arts” 670-dən çox əməkdaşını ixtisar edəcəyini açıqlayıb. 13,400-dən çox işçisi olan şirkət bu addımı ilə bəzi oyunlar üzərində işlərini də dayandırıb. Qeyd edək ki, bundan əvvəl “PlayStation” da 900 işçisi ilə yollarını ayıracağı açıqlamışdı.

Azərbaycanda vahid tibbi elektron bazanın yaradılması təklif olunur

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan qadınların sayı  açıqlanıb | 1news.az | Xəbərlər

İcbari tibbi sığortanın tətbiqi sahəsində vahid tibbi elektron bazanın yaradılması təklif olunur. Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi sahəsində operativliyin və əlaqələndirmənin, həmçinin, tabeliyindən asılı olmayaraq, bütün tibb müəssisələrində göstərilən tibbi xidmətlər barədə məlumatlılığın və həmin xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində səmərəliliyin artırılması məqsədilə vahid tibbi elektron bazanın yaradılması təklif edilir.

"Epic Games" rəsmi olaraq kiberhücum iddialarını rədd edib

Epic Games: "Zero evidence" we were hacked by Mogilevich gang

Dünyanın ən əhəmiyyətli oyun şirkətlərindən biri olan "Epic Games" son zamanlar gündəmdə olan kiberhücum iddialarını rəsmi olaraq rədd edib. Xəbərin ardından şirkətdən verilən açıqlama bu cür olub:

“Biz bu vəziyyəti araşdırırıq, lakin hazırda iddiaların qanuni olduğuna dair heç bir dəlil yoxdur".

"YouTube"da videoları redaktə etmək artıq daha asan olacaq

Bu xüsusiyyət ilə məzmun istehsalçıları təkcə uzun videolarını deyil, həm də qısa videolarını redaktə edə bilərlər. “YouTube” bu tətbiqi sentyabr ayında “Made On” tədbirində təqdim etmişdi. Funksiyanın ən diqqətçəkən xüsusiyyəti videoları redaktə edərkən kompüterə ehtiyac olmamasıdır. İstifadəçilər hətta mobil telefonlarından da videolarını asanlıqla redaktə edə bilərlər.

“WhatsApp” Android üçün köhnə mesajlara baxmağı asanlaşdırıb

WhatsApp now lets you search conversations by date on Android | TechCrunch

WhatsApp daha bir yeniliyi ilə gündəmə gəlib. Belə ki, artıq Android istifadəçiləri köhnə mesajları tarixinə görə axtara biləcəklər. Uzun müddətdir iOS üçün mövcud olan bu xüsusiyyət artıq Android istifadəçiləri üçün də əlçatandır. Bu yenilik ilə Android istifadəçiləri köhnə mesajların içində it-bat olmaq əvəzinə axtardıqları mesajları tez tapa biləcəklər.

Posted 
Mar 1, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All