Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanın artıq kosmosda orbital mövqeyi var

Azərbaycanın artıq kosmosda orbital mövqeyi var

46° ş.u. (şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib. 46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün fəaliyyətə 8 dekabr 2020-ci ildə zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Bu müddət ərzində Azərbaycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.

"ASAN xidmət" “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb

9 yanvar 2024-cü il tarixində “StartupBlink” təşkilatı tərəfindən qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi keçirilib. Sözügedən təşkilat hər il dünyada startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhəri seçir. Bu il isə “ASAN xidmət” startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.

"Mercedes EQG" Las-Veqasda şou göstərib

Tam elektriklə işləyən “Mercedes” EQG modeli Las-Veqas yollarında şou göstərib. Mercedes EQG hazırda aktiv sınaq mərhələsindədir. Modeli gündəmə gətirən yuxarıda izləyə biləcəyiniz ABŞ-da yayımlanan video olub. Avtomobil istehsalının çox yaxında olduğu bildirilib.

"Google" mindən çox işçini ixtisar edib 

Google'da Yaprak Dökümü: Binden Fazla Çalışan İşten Çıkarıldı!

Məlum olub ki, "Google"un pandemiyadan sonrakı ixtisar dalğası təkcə "Pixel", "Nest" "Fitbit" məhsullarına cavabdeh komandaya təsir göstərməyib. Bununla yanaşı, şirkətin əsas mühəndislik və "Google Assistant" komandalarında da işdən çıxarılma halı baş verib. Şirkət "The Verge"ə verdiyi cavabda qeyd olunan bölmələrin hər birindən bir neçə yüz işçinin ixtisar edildiyini təsdiqləyib.

Bitcoin ETF-ləri ticarətin ilk günündə həcmi 4,6 milyard dollar təşkil edib

Bitcoin rises 5.7% to $37,802 | Reuters

Bitcoin mübadiləsi fondları uzun müddət gözlədikdən sonra ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən rəsmi olaraq təsdiqləndi. Cümə axşamı ticarətə başlayan Bitcoin ETF-ləri ilk əməliyyat günündə 4,6 milyard dollar həcmə çatdı. Təxminən 10 ildir k, SEC ilə kriptovalyuta sənayesi arasında qarşıdurmaya səbəb olan Bitcoin ETF-ləri daha əvvəl SEC tərəfindən rədd edilmişdi.

Posted 
Jan 12, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All