Azərbaycanın ən böyük elektrik stansiyası tikilir

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, bu ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir. Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın “AFRY” məsləhətçi şirkəti və İspaniyanın “İDOM” layihələndirmə şirkəti nəzarət edir. Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək. Bu günə kimi dörd ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir.

PayPal öz kriptovalyutasını təqdim etdi!

Press Release: PayPal Launches New Service Enabling Users to Buy, Hold and  Sell Cryptocurrency - Oct 21, 2020

Hazırda kriptovalyutalar istənilən səviyyədə olmasa da, böyük şirkətlər bununla bağlı investisiyalarını sürətləndirməyə başlayıblar. Bununla belə, PayPal kripto pul sənayesində mühüm addımlar atıb. Rəqəmsal valyutaları qəbul edən ilk böyük fintech şirkəti olacaq PayPal qiyməti 1 $ ekvivalentində təyin olunan stabilkoin-i təqdim edib. Açıqlamadan sonra şirkət səhmlərinin dəyəri 2,66% artıb ki, bu da kriptovalyutalara inamın göstəricisi kimi şərh edilir.


ABŞ dolları ilə alınacaq PYUSD, PayPal-ın öz platformasında təklif etdiyi bitkoin də daxil olmaqla, digər kriptovalyutaları almaqsatmaq üçün istifadə edilə bilər. Mövzu ilə bağlı açıqlama verən Paxos yeni PYUSD layihəsinin həm ABŞ dolları, həm də kriptovalyutalar üçün yeni bir dövrü simvolizə etdiyini bildirib. PYUSD adlanan stabilkoin tədricən ABŞ-da PayPal müştərilərinə təqdim ediləcək.

Bir müəllif Amazonda onun adını daşıyan saxta kitabların olduğunu görüb

Süni intellekt tərəfindən yazılmış kitabların yaratdığı problemlər böyüməyə davam edir. Müəllif Jane Friedman Amazon və Goodreads-də öz adını daşıyan saxta kitabların olduğunu müəyyən edib. Bu kitabların çox güman ki, süni intellekt tərəfindən yazıldığı düşünülür. Friedman-ın şikayətləri sosial mediada yayılana qədər sözügedən platformalar həmin kitabları satışdan çıxarmayıb.

“Assassin's Creed” oyunları qısa müddət ərzində ödənişsiz olaraq təqdim olunacaq

Ubisoft Currently Has 11 Assassin's Creed Games Planned - Insider Gaming

Populyar oyunlar qısa müddət ərzində ödənişsiz olaraq təqdim olunacaq. Bununla bağlı ən son kampaniya Ubisoft-dan gəlib. Şirkətin açıqlamasına görə, 10-14 avqust tarixləri arasında 5 məşhur “Assassin's Creed” oyunu müxtəlif platformalarda pulsuz olaraq satışa çıxarılacaq. Həmin 5 oyun Xbox Live Gold üzvləri üçün Xbox konsollarında əlçatan olacaq. Ubisoft həmçinin avqustun 17-dək bütün platformalarda Assassin's Creed oyunlarına 85 %-ə qədər endirimlər təqdim edəcək.

Bütün ödənişsiz "Assassin's Creed" oyunlarını aşağıdakı kimi sıralamaq olar:

Windows:

Ubisoft Connect – Assassin's Creed II, Brotherhood, Revelations və Valhalla
Epic Games Store – Assassin's Creed Valhalla


Xbox:

Xbox Live Gold – Assassin's Creed II, Brotherhood, Revelations, Black Flag və Valhalla


PlayStation:

Bütün PS4 və PS5 sahibləri - Assassin's Creed Valhalla
PlayStation Plus Extra – Assassin's Creed II, Brotherhood, Black Flag, Revelations və Valhalla

Musk nə etməyə çalışır? Tesla indi də pişik yuvası satır 

Tesla Life Cat Nest Released in China, Has Cybertruck-Inspired Design -  TechEBlog

Tesla ev heyvanları sahibləri üçün yeni məhsulunu təqdim edib. Tesla-nın bu yeni məhsulu Cybertruck-un bucaq dizaynından ilhamlanan pişik yuvası olub. Şirkətin məhsulları arasında yerini alan karton pişik yuvası 13 $ satış qiyməti ilə təqdim olunub. Məhsul yalnız Teslanın Çin veb-saytında satışa çıxarılıb.

Tesla hətta karton pişik yuvası bazarında da rəqabətədavamlı qiymətə sahibdir. Amazonda oxşar karton pişik yuvalarının satış qiyməti 20 - 38 $ arasında olsa da, Tesla-nın bu məhsulu 13 $ qiymətinə olduqca qənaətcil hesab olunub.

Məşhur döyüşçü Khabib Elon Musk-ın istəyini rədd edib

Elon Musk vs. Mark Zuckerberg tweet: Wild parallel drawn between Elon Musk  and Khabib Nurmagomedov after recent tweet by mother

Qarışıq döyüş ustası Khabib Musk-ın məşq istəyini rədd etdiyini açıqlayıb. TASS xəbər agentliyinin verdiyi məlumata görə, Khabib bildirib ki, Musk-ın təklifindən imtina etməsinin səbəbi “prinsip məsələsidir”. Elon Musk hələ ki, Khabib-in açıqlaması ilə bağlı heç nə paylaşmayıb. Qeyd edək ki, hazırda ZuckerbergMusk peşəkar məşqçilər tərəfindən döyüşə hazırlanırlar.

Posted 
Aug 9, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All