Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Azerspace-1"in orbitə buraxılmasından 11 il ötür

Ümumilikdə 230 milyon ABŞ dollarına başa gələn Azərbaycanın ilk telekommunikasiya peyki Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

“Marvel's Spider-Man 2 New Game+” yeniləməsi PS5-ə gəlir

Marvel's Spider-Man 2 Visual Settings Graphics Mode Guide Insomniac Games

“Marvel's Spider-Man 2 New Game+"in 2024-cü ildə növbəti böyük yeniləməsi üçün buraxılış tarixi qeyd olunub. "New Game +" ilə yeni kostyumlar və digər təkmilləşdirmələr martın 7-də gələcək. Bununla belə, "Insomniac" gələcəkdə yeni funksiyaların müvafiq siyahıya sahib olacağını da qeyd edib.

İRİA və KBƏA-nın ortaq təlim proqramlarından 40-dan çox startapçı və startap mentoru məzun olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KBƏA) həyata keçirdiyi startap akselerasiyası (SAP) və innovasiya istiqamətində fəaliyyət göstərən akademik heyət üçün təlim (TTT) proqramları yekunlaşıb. 6 fevral tarixində baş tutan yekun “Demo Day” tədbirində hər iki proqramın məzunları öz layihələrini təqdim ediblər. Startaplar, həmçinin ideyalarını xarici innovasiya mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi “pitching” sessiyasında uğurla nümayiş etdiriblər.

Tədbirdə İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin müdiri Yevgeniya Bikmurzina və KBƏA-nın direktoru Saeyoon Park çıxış edərək proqramın ekosistemin inkişafı və potensialın artırılmasına verdiyi töhfə və iştirakçıların gələcək karyerası üçün yaratdığı dəyəri xüsusilə vurğulayıblar.

Ölkəmizdə artıq ikinci dəfə təşkil edilən proqramın xüsusiyyəti ondan ibarətdir ki, builki təlimləri koreyalı mütəxəssislərlə yanaşı, ötən ilin məzunları da keçirib. “2023-cü ildə təşkil olunan ilk “TTT” proqramında iştirak bu sahədə praktiki biliklərimin daha da artırılmasına imkan verdi. 2024-cü ildə təşkil olunan ikinci təlim proqramına yerli təlimçi olaraq dəvət almağım isə xüsusilə dəyərli oldu”, - deyə proqramın builki təlimçisi Emiliya Əhmədova öz təəssüratlarını paylaşıb.

Təlimlərdə fərqli sahələrdən olan iştirakçılar yer alıb və onların yekun layihə təqdimatları xidmət sektoru, məşğulluq, dron texnologiyası, energetika, onlayn alış-veriş kimi istiqamətlər üzrə təklif etdikləri həlləri əhatə edir. Tədbirin sonunda “SAP” proqramının məzunu olan 10 ən yaxşı startap komandası və “TTT” proqramının məzunu 3 ən yaxşı mentoru “Samsung Galaxy Tab S9” planşeti ilə mükafatlandırılıb.

Ümumilikdə 20 startap komandası 20 mentor bu təlimləri müvəffəqiyyətlə tamamlayıb. Hər iki proqramın iştirakçıları məzun sertifikatı ilə təltif ediliblər.

Qeyd edək ki, “SAP” proqramı müddətində iştirakçılar biznes ideyanın fərziyyə vasitəsilə sınaqdan keçirilməsi, potensial müştəri auditoriyası ilə müsahibə aparılması, ideyanın “MVP”, yəni Minimum İşlək Məhsul mərhələsinə yüksəldilməsi, Biznes Model Kanvasın yaradılması kimi zəruri bilik və bacarıqlara yiyələniblər.

“TTT” proqramı isə elmtutumlu innovativ layihələr üzərində işləyən akademik heyət üzvləri üçün nəzərdə tutulub. Beşhəftəlik proqramda iştirakçılar innovativ sahibkarlıq üzrə təlimlərin və praktiki tapşırıqların hazırlanması, habelə startap mentorluğu işinin təşkili üzrə hərtərəfli biliklər əldə etməklə mövcud səriştələrini təkmilləşdiriblər.

Canlı yayım xüsusiyyəti "YouTube Shorts"a gəlir

"YouTube" "TikTok" ilə rəqabətini daha da gücləndirəcək yeni canlı yayım xüsusiyyətini təqdim edib. İstifadəçilər artıq şaquli formatlı canlı yayımlar vasitəsilə öz izləyiciləri ilə anında əlaqə saxlaya biləcəklər. Bundan əlavə, emojilərlə reaksiya göndərmək və söhbət bölməsində mesaj yazmaq kimi xüsusiyyətlər də "Shorts" canlı yayımlarında mövcuddur.

iPhone 16 seriyasının batareya xüsusiyyətləri məlum olub

Kuo: iPhone 16 Models to Lack Significant Design Changes Beyond Larger  Displays and Capture Button - MacRumors

iPhone 16 seriyasının təqdimat gününə hələ çox var, lakin cihazda böyük dəyişikliklər olacağı düşünülür. Belə ki, iPhone 16 seriyasında daha böyük batareyaların olacağı iddia edilib. X-də paylaşılan detallara görə, standart iPhone 16-da 6 % daha böyük batareya olacaq, yəni tutumu 3561 mAh olacaq. iPhone 16 Pro Max 15 Pro Max ilə müqayisədə 5 % artım yaşayacaq və 4676 mAh batareya ilə təchiz ediləcək.

Posted 
Feb 8, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All