Həftəlik blokçeyn xəbərlələri bülleteninə xoş gəlmisiniz.

Bu bülletendə həftəlik olaraq müxtəlif platformalarda dərc olunan xəbərlər arasından vacib hesab etdiklərimi mümkün qədər qısa şəkildə paylaşmağa çalışıram.

Xoş mütaliyələr. Hörmətlə, Mert.

Xəbərlər başlıqlarının üzərinə klik edərək, xəbərin mənbəsinə gedə bilərsiniz.

Ukrayna kripto ianələri ilə silahlar, dronlar alır

Ukraynanın Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorov çərşənbə günü “twitter” hesabında hökumətin kriptovalyuta vasitəsilə toplanan 54 milyon dollar vəsaitin bir hissəsi ilə orduya silahların alındığını və Britaniya xəbər platformasının işə salınması üçün istifadə etdiyini açıqlayıb. Hələ 6 milyon dollar xərclənmədiyini də tvitində qeyd edib.

"Samsung" blokçeynə sərmayə qoyan ən aktiv şirkətdir

“Blockdata” tərəfindən yayımlanan və çərşənbə günü yenilənmiş bloqda texnoloji şirkət iqlim texnologiyası startapı “Flowcarbon”, “Bored Apes Yacht Club”un naşiri “Yuga Labs”, blokçeyn oyun şirkəti “Animoca Brands” və “Axie Infinity” də daxil olmaqla 13 şirkət üçün maliyyələşdirmə turlarında iştirak edib.

"CME" "ETH" fyuçersləri üzrə opsion ticarətinə başlayır

Dünyanın ən mühüm və ən böyük törəmə birjalarından biri olan Çikaqo Ticarət Birjası (CME) cümə axşamı verdiyi açıqlamada “CME Group” hər müqaviləyə görə 50 ETH miqdarında Ether fyuçersləri üçün opsion müqavilələrini işə salmağı planlaşdırdığını söylədi.

Kiprdən Revoluta yaşıl işıq

Kipr Qiymətli Kağızlar və Birja Komissiyası (CYSEC) Avropa İqtisadi Bölgəsində (EEA) kriptovalyuta xidmətləri təklif etmək üçün 33 milyard dollarlıq fintech firması “Revolut”a icazə verib.

Avstraliyalılar kripto ilə benzin və "Krispy Kreme" donutları ala bilərlər

Avstraliya istehlakçıları “Crypto.com” və ödəniş terminalı provayderi “DataMesh Group Pty Ltd.” ilə “175 OTR” xidmət stansiyasında kriptovalyutadan benzin və “Krispy Kreme” donutları da daxil olmaqla digər məhsulların ödənişi üçün istifadə edə biləcək.

İndi də "MTV" metaversdə

MTV Video Musiqi Mükafatları (MTV VMA) “Roblox” platformasında virtual təcrübə təklif edir.

Entoni Hopkins "NFT" kolleksiyasını təqdim etdi

Hollivud ulduzu Ser Entoni Hopkins və “NFT” kreativ media şirkəti “Orange Comet”, aktyorun karyerası boyunca filmlərdə canlandırdığı personajlardan və öz sənət əsərlərindən ilhamlanaraq NFT kolleksiyasını təqdim edib

Posted 
Aug 26, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All