D

aha öncə xəbərini paylaşdığımız TBWA / İstanbul tərəfindən təşkil edilən qadın şiddətinə qarşı hazırlanan #kararıgeriçek hashtaglı kampaniya “Cannes Lions 2021” festivalında bugün açıqlanan kateqoriyalarda bir qızıl, iki bürünc, iki gümüş medal qazandı. Belə ki, festivalın ikinci günündə "Creative Data", "Creative Strategy", "Direct", "Media", "PR" və "Social & Influencer Lions" kateqoriyalarında Türkiyəyə ilk medalı məhz bu kampaniya qazandırdı.

“Cannes Lions” Beynəlxalq Yaradıcılıq Festivalında Türkiyə 5 medal qazandı.

Xatırlatmaq istəyirik ki, həyatlarına şiddətə məruz qalmadan davam etmək istəyən və dəfələrlə şikayət ərizəsi yazmaq məcburiyyətində qalan qadınların səsi olan bu nəhəng ərizə İstanbulda Zincirlikuyuda asıldıqdan sonra qısa müddət ərzində endirilmişdi. Sonra isə #Ölmekİstemiyorum kampaniyası sosial mediada yayılmağa başlamışdı. Bu kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün daha öncə yayımladığımız yazını oxuya bilərsiniz.

Posted 
Jun 22, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All