C

ounter Strike”dan böyük iddia!

“Half-Life”, “Portal”, “Counter Strike” və “Data” kimi proyektləri ilə tanınan “Valve” şirkəti, çox önəmli bir xəbər açıqlayacaqlarını diqqətə çatdırıb. İddialara görə bu xəbər, “Counter Strike” oyunu haqqında olacaq. Hamını bu sual maraqlandırır. Yeni "Counter Strike" gəlir?

Uzun müddətdir yeniliyə imza atmayan "Valve" şirkəti, bu səssizliyi aradan qaldırmaq niyyətindədir. Beləki, "E-Sport" şirkəti ilə yaxından əlaqəsi olan Riçard Levs, bu barədə öz twitter hesabında paylaşım edib. Onun dediklərinə görə yeni oyunun adı "Counter Strike 2" olacaq. Eyni zamanda, o, bu məsələdən 100 % əmin olmadığını, amma belə bir ehtimalın olduğunu da qeyd edib.

Amma müdir bilməsin...

Əldə olunmuş ümumi məlumatlara əsasən, işçilərin 68 %-i iş yerində gizlin “ChatGPT” istifadə edir. Son zamanlar süni intellektin populyarlaşması ona olan marağı daha da artırıb. O dərəcə ki, artıq işçilər iş yerlərində öz müdirlərindən gizli bir şəkildə "ChatGPT" istifadə edirlər. Statistikaya baxsaq, süni intellektin yayılma sürəti 1 milyon insan üçün cəmi 5 günə bərabərdir. Rəqəmlər özü belə çox şey ifadə edir.

"Louis Vuitton"dan qulağımıza yaxşı xəbərlər çatır.

Yüksək keyfiyyətə malik “Horizon” qulaqlıqları “Louis Vuitton” dizaynı ilə tərtib edilib. Xüsusi dizaynı ilə göz oxşayan qulaqlıqlara maraq böyükdür. Təqdim olunan qulaqlıqlar həm stilinə, həm də səs keyfiyyətinə görə fərqlənir. Qeyd edək ki, 2019 və 2021-ci illərdə təqdim olunmuş qulaqlıqlar isə tamam fərqli idi. Bu barədə brendin rəsmi instagram və twitter səhifəsi də paylaşım edib.

3D ağıllı tableti də süni zəkanı dəstəkləyir!

ABŞ-ın texnologiya şirkəti “Leia İnc”, dünyada ilk olan və süni intellektlə dəstəklənən, üçölçülü ağıllı planşetini təqdim edib. Planşetin müsbət cəhətlərini saymaqla bitməz: "LeiaChat" proqramı - Verilimiş proqramda avatarlarla, daha real 3D formada, canlı söhbət etmək mümkündür. Proqram, bu görüntüdə "Zoom"dan dəstək alıb. Planşetlə çəkilən videolar, "YouTube", "TikTok" kimi proqramlarda paylaşıla bilər. Daşınma qabiliyyətli planşetlə, canlı söhbətin daha real keçdiyi də vurğulanıb. Planşetlərin hər biri ilə buradan tanış ola bilərsiniz:

“Xiaomi” elektrikli maşınlar da istehsal edəcək.

Şirkətin yaradıcısı Lei Jun, avtomobilin qış testlərinin müvəffəqiyyətlə başa çatdığını bildirib. Çinli markanın sahibi, artıq toplu istehsala başlayacaqlarını da vurğulayıb. 2300-dən artıq işçi komandasının hazırlanması üçün çalışdığı avtomobilin istehsalına, şirkət tərəfindən 434 milyon dollar yatırım edilib. 2024-cü ilin ilk yarısına qədər 300000 elektrikli avtomobilin kütləvi istehsalı nəzərdə tutulur.

Deyəsən, “Tesla”nın əli aşağıdır

İl ərzində artıq ikinci dəfədir ki, qiymətləri endirən şirkət, bu dəfə ABŞ-da, Model “S” və Model “X”-a endirim etdiklərini açıqladı. Ümumiyyətlə Tesla, son vaxtlar endirimləri çox etməsi ilə diqqət çəkir. Verilən məlumata görə Model "S" üçün 5 min dolar, Model "X" üçün isə 10 min dollar endirim edilib. Qeyd edək ki, Tesla bu endirimləri təkcə ABŞ-da deyil, Avropanın bəzi ölkələrində də həyata keçirib. Son endirimlərin, avtomobillərin satışına maraq yaradacağı gözlənilir.

Posted 
Mar 7, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All